İslam İnqilabı Keşikçiləri Korpusunun aerokosmik qüvvələri “Nur-3” peykini uğurla orbitə çıxarıb.
Elchi.az bu barədə BBC.com-a istinadən xəbər verir.
İranın informasiya və kommunikasiya texnologiyaları naziri Eisa Zarepur məlumat verib ki, çərşənbə günü səhər SEPAH yerli “Qassed” daşıyıcı raketinin köməyi ilə görüntülər almaq və yüksəklikdə orbitə çıxarmaq üçün “Nur-3” peykini orbitə çıxarıb.
Xatırladaq ki, İranın ilk hərbi peyki olan “Nur-1” 2020-ci ildə uğurla orbitə buraxılıb. “Nur-2” peyki də 2020-ci ildə orbitə çıxarılıb.
Yeganə





