"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Nurçularla “gülənçi”lər arasında fərq varmı?

04 Avqust 2016 - 08:09
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

  Nurçularla “gülənçi”lər arasında fərq varmı?

Müşahidəçilərə görə, yaxşı olar ki, bu haqda nurçuların dini lideri çıxıb özü məlumat versin…

Ötən gün  politoloq Arzu Nağıyev ““Gülənçi”lərin Azərbaycanda çevriliş etmək imkanı varmı” mövzusunda qəzetimizə verdiyi açıqlamada maraqlı bir fikir səsləndirmişdi. Politoloq qeyd etmişdi ki, nurçularla “gülənçi”ləri eyniləşdirmək doğru deyil. 
Sitat: “Nursinin inancı ilə “gülənçi”lərin inancı çox fərqlidir. “Gülənçi”lər müxtəlif məktəblər açmaqla, bu məktəblərin hesabına, şirkətlərin hesabına  gəlir əldə etməklə hakimiyyətə gəlirlər. Lakin Nursinin təbliğatında belə şey yoxdur. Nurçular öz gününü gözləyir ki, nə vaxt onlara ehtiyac olsa, o zaman hakimiyyətə gəlsinlər”.
“Yeni Müsavat” olaraq bu məsələyə aydınlıq gətirməyə çalışdıq. Həqiqətənmi nurçular və gülənçilər, yəni Fətullah Gülən tərəfdarları fərqli ideologiyaların nümayəndələridirlər? Axı daha öncə F.Gülən özü nurçu dini ideologiyasının təbliğatçısı kimi gündəmə gəlmişdi. Belə olduğu halda fərq nədədir? 
Politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, ideoloji baxımdan nurçularla gülənçilər arasında fərq var: “Nurçuların banisi Səid Nursidir və nurçular o xətt üzrə gedirlər. Fətullah Gülən  vaxtilə özünü Səid Nursinin tələbəsi hesab etsə də, bir qədər fərqli xətt yürütdü. Hətta ”gülənçi”lərin içində də bir neçə qanadın olduğu haqqında xəbərlər var. Hətta 15 iyul tarixində çevrilişə cəhdlə bağlı fərqli faktlar ortaya çıxır və məlum olur ki, orduda nurçular qanadı da olub, “gülənçi”lər o qanadı tədricən sıxışdırıblar və öz adamlarını yerləşdiriblər. Yəni hətta ordunun içində nurçularla “gülənçi”lərin ayrı-ayrı xətləri olub və onlar arasında da mübarizə gedib. Bu iki  xətt arasında ideoloji fərqlər olsa da, Gülən tərəfdarları daha təhlükəlidir. Gülənçilər Nur ideologiyasını əsas götürüb, müəyyən korrektələr aparıblar. Aralarında müəyyən fərq ola bilər, lakin  hər iki cərəyan həm Türkiyə, həm də Azərbaycan cəmiyyəti üçün təhlükəlidir. Ona görə də hər iki təriqətin nümayəndələrinə qarşı mübarizə aparılır”.
 
Ekspert onu da vurğuladı ki, son olaylara görə bütün nurçuların cəzalandırılması da doğru deyil, burada şəxslərin terrora dəstək verib-verməsi də nəzərə alınmalıdır: “Kimsə özünü nurçu ideologiyasının tərəfdarı saya bilər. O buna görə cəzalandırılmamalıdır. Hansısa dinə sitayiş etdiyinə görə insanı cəzalandırmaq doğru deyil. Hətta Gülən ideologiyasının bəzi fikirlərini də bölüşə bilər. Ancaq əgər ondan sonra həmin şəxs o ideologiyaya qulluq etməyə başlayırsa, sistemin içinə daxil olub maliyyə yardımları edirsə, o artıq terrora dəstəkdir və həmin şəxs cinayət məsuliyyətinə cəlb oluna bilər. Necə ki, artıq proseslər gedir, orduda təmizlənmələr, digər nazirliklərdə təmizlənmə işləri aparılır. Artıq proseslər Azərbaycana da təsir edib, SOCAR-ın Türkiyə rəhbərliyi həbs edilib. Bu, o deməkdir ki, onlar nəinki o ideologiyaya inanır və hətta xidmət edir, maliyyə dəstəyi göstərirsə, deməli, məsuliyyət daşımalıdırlar. Bizim xalqın  gəlir mənbəyi neftdir və oraya da bu ideologiya şərik olub, oradan da özü üçün pul götürməyə çalışıb. Ona görə də biz də bu hadisələrdən dərs çıxarmalıyıq. İndiki halda, əgər nurçularla “gülənçi”lər arasında fərq varsa, yaxşı olar ki, nurçuların dini lideri çıxıb bu haqda məlumat versin. Desin ki, biz fərqli ideologiyaya xidmət edirik, dövlətçiliyə sadiqik. Belə bir açıqlama isə yoxdur, o səbəbdən ikisini də bərabər tuturuq”.
Nurçularla “gülənçi”lərin ideoloji fərqləri ilə bağlı islam.az saytında da geniş məlumat yer alıb. Məlumatda qeyd edilir ki, nurçuluq XX əsrdə türkiyəli din xadimi Səid Nursinin (1878-1960) yaratdığı ideoloji cərəyandır. Bu cərəyanın ardıcıllarına “nurçular” deyilir. Nurçular öz təbliğat şəbəkələrinin iş prinsipini “hizmət” adlandırırlar. Nurçuluq hər hansı dini özəllikli və ya sırf sufi təmayüllü cərəyan deyil. Bu, daha çox təfsirə dayaqlanan, əxlaqi və ictimai yönümlü bir hərəkatdır. Nurçular fiqhi məsələlərdə hənəfidirlər. Səid Nursi Türkiyədə respublika quruluşu tətbiq edildikdən sonra dünyəvi dövlətə qarşı çıxmış, əsərlərində dini dövlət modelini müdafiə etmiş, buna görə də Türkiyə hökuməti tərəfindən təqiblərə məruz qalmışdı.  Bununla belə, Səid Nursi siyasi həyata dərindən qatılmamış, heç bir siyasi partiyanı və qrupu müdafiə etməmiş, dövlət idarəçiliyinə öz ardıcıllarını yeritmək fikrində olmamışdı. Bu, Fətullah Gülənin xətti ilə klassik nurçuluğun arasında olan əsas fərqli cəhətlərdən biridir.
Hazırda böyük qalmaqallara səbəb olan Fətullah Gülən hərəkatı nurçuluğun bir qoludur. Bəziləri bu hərəkatla klassik nurçuluq arasında prinsipial fərqlərin olduğunu iddia edərək, Fətullah Güləni nurçuluq təlimini təhrif etməkdə təqsirləndirirlər. Lakin Fətullah Gülən hərəkatının klassik nurçuluqla bəzi fərqli cəhətləri olsa da, bu fərqləri şişirtmək və iki cərəyanı bir-birindən tamamilə ayırmaq düzgün deyil.
Gülənçi hərəkatla klassik nurçuluq arasındakı əsas fərqliliklər siyasi baxış tərzində və təbliğat metodlarındadır. Fətullah Gülən hərəkatı isə siyasi proseslərə daha fəal və çevik reaksiya verməsi ilə seçilir. Türkiyədə və hizmət şəbəkəsinin qurulduğu sair ölkələrdə iş adamlarını öz tərəfinə çəkmək, özəl təhsil şəbəkəsi vasitəsilə kadrlar yetişdirmək, lazım gələrsə, şantaj və sairə üsullardan yararlanmaq, şəbəkənin imkanlı üzvlərindən bəzən qeyri-qanuni və qeyri-əxlaqi yollarla ianələr əldə etmək onları başqa nurçulardan fərqləndirən əsas cəhətlərdir.
Əlavə edək ki, nurçuluq hərəkatı 1965-91-ci illər arasınnda Türkiyədə qadağan edilmişdi. 1991-ci ilndən bəri nurçular ölkə ərazisində yenə sərnbəst fəaliyyət göstərirlər. Lakin Türkiyədə baş verən 15 iyul hadisələri məlum hadisələr nəticəsində nurçuluğa, xüsusən də onun F.Gülənçi qoluna qarşı təzyiqlər başlayıb. Türkiyədən əlavə, Azərbaycan, Rusiya, Orta Asiya dövlətləri, ABŞ, Amerika, Avstraliya kimi ölkələrdə də nurçuluq hərəkatının ardıcılları var.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Fəhlə mərcə girdi, qəbul imtahanında 532 bal topladı

Next Post

Rasim Balayev: “Hər gün televizorda “meymunluq” edənləri məndən daha yaxşı tanıyırlar”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Rasim Balayev: “Hər gün televizorda “meymunluq” edənləri məndən daha yaxşı tanıyırlar”

Sərkisyan Jirinovskinin tüpürcəyini necə yaladı...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.