"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Nuri Paşaya vəfa borcumuz var”

18 Sentyabr 2017 - 16:05
in MANŞET, SEÇMƏ XƏBƏRLƏR

<font color=red><b>“Nuri Paşaya vəfa borcumuz var”</b></font>

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Qüdrət Həsənquliyev və Fazil Mustafa Niri Paşanın abidəsinə yer ayrılması üçün Baş nazir Artur Rasi-zadəyə müraciət etdilər

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev və Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa Qafqaz İslam Ordusunun komandanı Nuri Paşaya Bakı şəhərində abidə ücaldılması məqsədi ilə müvafiq yerin ayrılması üçün Azərbaycan Respublikasının Baş naziri
cənab Artur Rasi-zadəyə müraciət ediblər.
Müraciətdə deyilir:
“Hörmətli cənab Baş nazir!
2018-ci il sentyabrın 15-də Osmanlı ordusunun komandanı Nuri Paşanın (Nuri Killigil) rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işğalından azad etməsinin 100-cü ildönümüdür. Bu əlamətdar hadisə Bakı da daxil olmaqla indiki Azərbaycan ərazilərini işğaldan azad edən, xalqımıza qarşı həyata keçirilən soyqırımın qarşısını alan, Azərbaycan xalqının yaddaşında xilaskar kimi yaşatdığı qəhrəmanların – Nuri Paşanın və Qafqaz İslam Ordusunun əsgər və zabitlərinin xatirəsinin onlara layiq bir şəkildə əziz tutulması zərurətini ortaya qoyur.
Qeyd edək ki, 2018-ci il avqust ayının əvvəllərindən sentyabrın 15-dək Bakı uğrunda gedən döyüşlərdə Qafqaz İslam Ordusu 1130-dək şəhid verib. Ümumilikdə 2018-ci il iyunun ortalarından sentyabrın 15-dək Azərbaycanın azadlığı uğrunda döyüşlərdə Qafqaz İslam Ordusunun 4 mindən çox əsgər və zabiti şəhid olub.
1918-ci il mayın 28-də elan edilmiş və müsəlman şərqinin ilk respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin bir dövlət kimi yaranması və tarixə düşməsində, Bakının Azərbaycanın paytaxtına çevrilməsində Nuri Paşa və Qafqaz İslam Ordusunun xidmətləri əvəzsizdir. Bütün bunlara görə bizim Nuri Paşaya və Qafqaz İslam Ordusunun xilaskar əsgər və zabitlərinə vəfa borcumuz var.
Hörmətli cənab Baş nazir,
Uzun illərdir ki, Azərbaycanda ən müxtəlif səviyyələrdə Qafqaz İslam Ordusunun komandanı Nuri paşaya Bakı şəhərində abidə qoyulması ilə bağlı məsələ qaldırılır. Nuri paşa və Qafqaz İslam Ordusunun əsgər və zabitləri Azərbaycanda, sadəcə ölkəmizi və onun paytaxtını işğaldan azad edən qəhrəmanlar kimi deyil, həm də Azərbaycan-Türkiyə qardaşlığının rəmzi kimi qəbul olunurlar. Türkiyə bu gün də 99 il öncə olduğu kimi Azərbaycanın yanındadır, ölkəmizin ən böyük dəstəkçisidir və Ermənistanla sərhədlərini bağlı saxlayan yeganə dövlətdir. Bu baxımdan, şübhə etmirik ki, Qafqaz İslam Ordusunun komandanı Nuri paşanın xatirəsinin əbədiləşdirilməsi Qafqaz İslam Ordusunun qəhrəman əsgər və zabitlərinin qarşısında vəfa borcumuzun yerinə yetirilməsi ilə yanaşı həm də Azərbaycan-Türkiyə qardaşlığına ucaldılan abidə kimi qəbul olunacaq.
Hörmətli cənab Baş nazir,
Neftin qiymətinin aşağı düşməsi ilə bağlı büdcədə müəyyən xərclərin azaldıldığını bilirik. Nuri paşaya abidənin ucaldılması üçün dövlətin vəsait ayırmasını istəmirik. Bununla bağlı imkanlı Azərbaycan vətəndaşlarına müraciət edəcəyik və əminik ki, Nuri paşanın, Qafqaz İslam Ordusunun qəhrəman əsgər və zabitlərinin xatirəsini əziz tutan həmvətənlərimiz dəstəklərini əsirgəməyəcəklər.
Sizdən isə yeganə xahişimiz, sadəcə Nuri paşanın büstünün, yaxud abidəsinin ucaldılması üçün müvafiq yerin ayrılması məqsədilə qərar verməyinizlə bağlıdır.
Hesab edirik ki, Şəhidlər Xiyabanında, Qafqaz İslam Ordusunun əsgər və zabitlərinin xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsinin olduğu ərazidə, yaxud Qafqaz İslam Ordusunun Bakıya daxil olduğu Biləcəri və ya “Qurd qapısı” istiqamətlərində, eləcə də “Sovetski” ərazisində, hələ abadlaşdırılmamış bir məkanda Nuri paşanın büstünün, yaxud abidəsinin ucaldılması məqsədəuyğun olar”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Zakir Həsənov hərbi təlimlərin açılışında – FOTOLAR

Next Post

2 yaşlı uşaq 5-ci mərtəbədən yıxıldı — Sağ qaldı

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

2 yaşlı uşaq 5-ci mərtəbədən yıxıldı — Sağ qaldı

Radio rəhbəri komandası ilə işdən çıxarıldı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.