"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Nüvə müharibəsi planları: Moskvaya 48 raket atılacaq, 2,5 milyon adam öləcək

23 Fevral 2015 - 16:05
in DÜNYA

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Nüvə müharibəsi planlarıRusiya ilə Qərb arasında gərginliyin artması dünyanın nüvə müharibəsi təhdidi ilə üzləşdiyinə dair narahatlıqları ciddi ölçülərdə artırıb. 

Rusiyanın strateji nüvə bombardmançıları tez-tez NATO ölkələrinin hava hüdudları yaxınlığında manevrlər edir, nüvə raketləri daşıyan atom sualtı qayıqları bloka üzv ölkələrin sahillərində üzür.

Bu günlərdə isə Rusiyanın strateji raket qoşunlarının misli görünməmiş miqyasda manevrləri keçirilib. Manevrlər çərçivəsində qitələrarası ballistik nüvə raketləri öz anqarlarından çıxaraq onlarla kilometr yürüş edib və döyüş mövqeyində dayanıb. Rusiyanın nüvə dəyənəyini bu cür tez-tez yellətməsi NATO ölkələri nüvə müharibəsi təhlükəsi barədə ciddi düşünməyə məcbur edib.

Xatırladaq ki, bu il yanvar ayının 22-də ABŞ-ın Çikaqo Universitetinin “Bulletin of Atomic Sciences” redaksiyası məşhur “Qiyamət günü saatı”nı bir dəqiqə irəli çəkiblər. İlk atom bombasını icad edən mütəxəssislərin daxil olduğu bu universitetin mütəxəssisləri dünyada nüvə müharibəsi təhlükəsinin uzun illərdən bəri ilk dəfə artdığını qeydə alaraq simvolik saatın əqrəbini yerindən tərpədiblər və 12-yə bir dəqiqə yaxınlaşdırıblar.

İndi bu saata görə “Qiyamət günü”nə, yəni nüvə müharibəsinə və beləliklə də dünyanın sonuna cəmi 3 dəqiqə qalır. Lakin bu saatın əqrəbi yəqin ki, heç vaxt 12-ni göstərməyəcək. Çünki nüvə fəlakəti baş verəndə Çikaqo universitetində “Qiyamət günü saatı”nın əqrəblərini irəli çəkməklə məşğul olanlar da sağ qalmayacaq.

Virtualaz.org saytı xəbər verir ki, Rusiyanın nüfuzlu lenta.ru saytı nüvə müharibəsi təhlükəsinin aktuallaşdığı bir vaxtda SSRİ-nin bu müharibəyə necə hazırlaşdığı haqda yazır. Belə məlum olur ki, Britaniya hərbi mütəxəssislərinin hazırladıqları nüvə müharibəsi modelinə görə Moskvaya atom sualtı qayıqlarından nüvə başlığı daşıyan 48 “Trident” raketinin atılması planlaşdırılmışdı. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi isə SSRİ-mnin mülki müdafiə sistemini analiz edərək bu qənaətə gəlmişdi ki, Moskvaya endirilən 48 nüvə raketi azı 2,5 milyon nəfərin ölümünə səbəb olacaq.

Doğrudur, MKİ SSRİ-nin mülki müdafiə sisteminin təkmil olduğunu qeyd edib, ancaq müəyyən edib ki, nüvə partlayışından xilas olmağa imkan verən sığınacaqlarda ancaq sovet rəhbərliyini və mühüm sahələrin mütəxəssislərini yerləşdirməyə kifayət edəcək qədər yer var. Qalan sığınacaqlar isə radiasiyadan qorunmağa imkan  verə bilər, ancaq orada nüvə partlayışından xilas olmaq mümkün deyil.

ABŞ və Böyük Britaniyanın ötən əsrin 60-80-ci illərinə olan proqnozlarına görə Moskvada nüvə zərbələri nəticəsində 2,5 milyon adamın həlak olması 2 həftə ərzində baş verməli idi. Plana görə, nüvə zərbələrinin Müdafiə Nazirliyinə, KQB-nin binasına, aeroportlara, hərbi-sənaye müəssisələrin yerləşdiyi Klimlovsk şəhərinə endirilməsi nəzərdə tutulmuşdu.

Hesablamalara görə, nüvə müharibəsi zamanı ən təhlükəsiz rayonlar kənd təsərrüfatı rayonları idi. Çünki bu rayonlarda əhali sıxığı azdır və əhalinin yaxınlaşan radiasiya buludundan qaçmaq üçün vaxtı var.

Lakin bu proqnozlar indiki dövr üçün aktuallığını itirmiş hesab oluna bilər. Çünki ABŞ və Rusiyanın əlində o qədər nüvə başlığı var ki, onların tətbiqi nəinki milyonlarla adamın həlak olmasına, bütövükdə Yür üzündə həyatın sönməsinə səbəb olacaq…

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Məhkəmə Xədicə İsmayılı 2500 manat cərimələdi

Next Post

TQDK qəbul və buraxılış imtahanlarının vaxtını açıqladı – (TAM SİYAHI)

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post

TQDK qəbul və buraxılış imtahanlarının vaxtını açıqladı - (TAM SİYAHI)

Təhsil Nazirliyi göstəriş verdi

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.