“New York Times” qəzeti yazır ki, Pentaqonun ictimaiyyətə sızan məxfi sənədləri Ukraynanın acınacaqlı vəziyyətini ortaya qoyur.
Elchi.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Sözügedən məqalədə deyilir: “Ukraynanın çətin vəziyyəti dəhşətli görünür. Lakin müəlliflər bu vəziyyətin tərəflərin hərbi planlarına təsir etməyəcəyini ehtimal edirlər.
İki ABŞ rəsmisinin dediyinə görə, indiyədək rus komandirlərinin Ukraynadakı əməliyyatlarını ifşalara cavab olaraq dəyişdirdiyinə dair heç bir əlamət yoxdur.
Qeyd edildiyi kimi, Ukrayna rəsmiləri, narazılıqlarına baxmayaraq, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum planlarında dəyişiklik gözləmirlər, çünki onların fikrincə, Rusiya onların zəifliyini, məsələn, silah və sursatların çatışmazlığını artıq bilirdi.
“Və sənədlər ukraynalıların əks-hücum əməliyyatına nə vaxt, harada və necə başlayacağı barədə dəqiq məlumat vermir”, – deyə ABŞ rəsmisi qeyd edib.
Eyni zamanda, nəşr münaqişənin hər iki tərəfin qəti hərbi qələbəsi ilə deyil, danışıqlar və hansısa həll yolu ilə yekunlaşacağını proqnozlaşdırır.
Yeganə





