Kanadada bir ayda ikinci dəfə baş verən yanğınlar səbəbindən Nyu-York səmasını tüstü bürüdü.
Elchi.az xəbər verir ki, CNBC-nin məlumatına görə, şəhərdə hava keyfiyyəti yenidən təhlükəli dərəcədə pisləşib .
Nyu-Yorkun hava keyfiyyətinin yaxın günlərdə pisləşəcəyi, bəzən “həssas qruplar üçün qeyri-sağlam”dan “sağlam olmayana” və “çox qeyri-sağlam”dan “təhlükəli”yə keçəcəyi proqnozlaşdırılır. Sakinlərə küçədə uzun müddət qalmamaq tövsiyə olunur. Şəhərin bir sıra rayonlarında tibbi maskalar veriləcək.
“Bir neçə il əvvəl belə hallarla rastlaşmamışdıq. Əgər siz nə vaxtsa iqlim dəyişikliyinin təsirləri haqqında öyrənmək istəmisinizsə, indi onları gündəlik həyatınızda hiss edə bilərsiniz”, – Nyu York qubernatoru “Kathy Hochul” bildirib. Tüstünün Çikaqo və Detroit də daxil olmaqla Orta Qərb şəhərlərinə də çatdığı bildirilir.
Nuranə Məmmədova





