Elchi.az xəbər verir ki, Rusiya Qara dəniz taxıl sazişinin yenidən qüvvəyə minməsi imkanının olmadığını və Ukraynanın taxıl ixracı üçün istifadə edilən alternativ marşrutların böyük təhlükələr yaratdığını bəyan edib.
Rusiya 2022-ci ilin fevralında Ukraynanı işğal edib və limanlarını blokadaya alıb. Dünyanın ən böyük taxıl istehsalçılarından biri olan Ukraynanın taxıl məhsullarını dəniz yolu ilə təhlükəsiz ixrac etməsi üçün BMT və Türkiyə ilə koordinasiyalı olaraq iki ölkə arasında taxıl dəhlizi müqaviləsi imzalanmış, lakin Rusiya ötən il maraqlarının nəzərə alınmadığını əsas gətirərək sazişdən çıxıb.
Rusiya müqavilədən çıxdıqdan sonra Ukrayna Rusiyanın təhdidlərinə baxmayaraq, öz dəniz yolu ilə taxıl ixrac edir.
Şayəstə Hüseynova






