Elchi.az xəbər verir ki, İngiltərə kralı III Çarlz haqqında yeni iddia ortaya atılıb. Britaniyanın “Guardian” qəzeti kral Çarlzın ölən minlərlə insanın əmlakını mirasına köçürdüyünü açıqlayıb.
2022-ci il sentyabrın 8-də anası Kraliça Elizabetin ölümündən sonra taxta çıxan və mayın 6-da Westminster Abbey-də keçirilən mərasimdə tac taxan Kral Çarlzın vəfat etmiş vətəndaşların mal-dövlətlərini öz işləri üçün istifadə etdiyi ortaya çıxıb.
Britaniyanın “Guardian” qəzetinin yazdığına görə, kral Çarlz ölkənin şimal-qərbində həlak olan minlərlə insanın var-dövlətini ələ keçirməklə sərvətini genişləndirir.
Şayəstə Hüseynova






