ABŞ prezidenti Barak Obama İŞİD yaraqlıları ilə döyüşən İraq və kürd əsgərlərini hazırlamaq və onlara təlim
keçmək üçün daha 1500 amerikalı hərbçinin bölgəyə göndərilməsinə icazə verib. Bu barədə “Reuters” məlumat yayıb.
keçmək üçün daha 1500 amerikalı hərbçinin bölgəyə göndərilməsinə icazə verib. Bu barədə “Reuters” məlumat yayıb.“Ağ Ev İraq və Suriyada hərbi əməliyyatlar aparmaq üçün ABŞ Konqresindən 5,6 milyard dollar istəyəcək”, – deyə məlumatda bildirilir. Bu zaman həmin məbləğin 1,6 milyard dolları Bağdad və Ərbil yaxınlığında hərbçilərin hazırlanması və təchiz edilməsi üzrə iki yeni mərkəzin qurulmasına yönəldiləcək.
Az öncə amerikalı hərbçilərin İraqdakı kontingenti xeyli dərəcədə böyütmək planları barədə xəbər yayılmışdı.



