ANS PRESS-in məlumatına görə, ABŞ Konqresinin Nümayəndələr palatasının üzvləri Barak Obamaya məktub yazaraq onu Ukraynaya qırıcı silahların çatdırılmasına icazə verməyə çağırıb.
Həm demokratların, həm də respublikaçıların imzaladığı məktubda deyilir ki, Rusiya beynəlxalq hüquq normalarını pozur. Rəsmi Moskva isə hər dəfə israrla bildirir ki, separatçıların tərəfində vuruşan hərbçilər deyil, rusiyalı könüllülərdir.
Qeyd edək ki, ABŞ prezidenti bir müddət əvvəl bildirmişdi ki, Rusiya ilə danışıqlar nəticə verməzsə və Ukraynanın şərqindəki müharibə şəraiti diplomatik üsullarla həll etmək mümkün olmadığı təqdirdə bu ölkəyə silah verməyi düşünür.




