APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, B. Obama ABŞ-ın son vaxtlar bu istiqamətdə atdığı addımların müsbət nəticələr verdiyini bildirib.
“Lakin hələ çoxlu işlər görülməlidir. İstənilən köz yeni yanğına səbəb ola bilər, ona görə də daim diqqətli olmalıyıq. Elə-belə virusla mübarizə aparmaq olmaz, onu söndürmək lazımdır”, – deyə o vurğulayıb.
Qeyd edək ki, bu günədək “Ebola” virusundan 6928 nəfər ölüb. 16 min nəfər isə virus daşıyıcısıdır.




