ABŞ prezidenti Barak Obama 2014-cü il martın 6-da Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müddətinin bir il uzadılmasına dair qərar verib.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin açıqlamasında deyilir.
Məlumatda bildirilir ki, Ukraynadakı vəziyyətlə əlaqədar ötən il Rusiyaya qarşı əlavə daha 3 dəfə – martın 16-da və 20-də, həmçinin dekabrın 19-da sanksiyalar tətbiq olunub.



