Əgər o, prezident seçilərsə, mən rəsmi Tvitter hesabımı ona verəcəyəm.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Barak Obama öz Tvitter hesabında Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klinton haqda yazıb.
“O, sınaqdan keçib. O, artıq hazırdır. Qalib gələrsə, prezident hesabımı ona hədiyyə edəcəyəm”, – deyə Obama vurğulayıb.




