Obama Administrasiyası terrorla mübarizə strategiyası çərçivəsində İŞİD-ə qarşı daha sərt tədbirlərə əl atmaq
üçün Konqresə məktub göndərməyə hazırlaşır.
üçün Konqresə məktub göndərməyə hazırlaşır.Axar.az “Vaşinqton Post”a istinadən xəbər verir ki, Konqres təkliflər paketini təsdiq edərsə, ABŞ ordusu İraq və Suriyaya girəcək.
Xəbərdə o da bildirilir ki, ABŞ ordusunun İŞİD-ə qarşı yeni mübarizə metoduna Səudiyyə Ərəbistanı, İordaniya və Türkiyə İraqda yaşayan sünni vətəndaşlarının müdafiəsi üçün etiraz edə bilər.
Xatırladaq ki, Konqres 2001-ci ildə Əl-Qaidə, 2002-ci ildə isə Səddam Hüseyn rəhbərliyindəki İraqa qarşı hərbi əməliyyatlara razılıq vermişdi.



