ABŞ-ın keçmiş prezidenti Barak Obama Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin evinə hücumdan sonra maraqlı açıqlamalar veri.
Elchi.az “Reuters”-ə istinadən xəbər verir ki, eks prezident bildirib ki, N.Pelosinin evinə hücumdan sonra ABŞ-da siyasi ab-hava dəyişməzsə, daha çox insanın əziyyət çəkəcəyi barədə xəbərdarlıq edib.
Keçmiş prezident Nevada ştatında Demokratlar Partiyasının namizədlərinin mitinqində çıxışı zamanı bu yaxınlarda N.Pelosinin həyat yoldaşı Pol Pelosi ilə danışdığını və onun vəziyyətinin yaxşı olduğunu deyib. Ancaq Obama ölkədə təməl sivil və demokratik normaların aşınmasından ciddi narahatlığını ifadə edib. “Siyasi opponentləri iblisləşdirmək kimi artan bu vərdiş təhlükəli ab-hava yaradır”,-deyən Obama seçilmiş rəsmiləri zorakılığı rədd etməməkdə və qızğın ritorika ilə vəziyyəti qızışdırmaqda ittiham edib. “Əgər bizim yaratdığımız mühit belədirsə, daha çox insan əziyyət çəkəcək”,-deyə o, bildirib.
Xatırladaq ki, bu yaxınlarda ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin evinə hücum edilmişdi. Hadisə zamanı N.Pelosinin 82 yaşlı həyat yoldaşı Pol Pelosi yaralanaraq xəstəxanaya yerləşdirilmişdi.
Yeganə






