ABŞ prezidentin milli təhlükəsizlik üzrə müşaviri Maykl Flinnin Rusiya ilə şübhəli əlaqələri ortaya çıxıb.
Bu barədə “Uol Strit Jurnal” qəzeti məlumat yayıb.
Xəbərdə əks-kəşfiyyat idarəsinin Flinnin barəsində araşdırma apardığı qeyd olunub.
Əks-kəşfiyyatın narahatlığına səbəb Flinlə Rusiyanın Vaşinqtondakı səfiri Serqey Kislyak arasındakı gizli əlaqənin olmasıdır.
Bildirilir ki, 2016-cı ilin 29 dekabrında ABŞ-ın keçmiş prezidenti Barak Obama Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəndə səfirlə Flinn arasında beş dəfə telefon danışığı olub.
Telefon danışığının detalları açıqlanmayıb.




