"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Obyekt satanlar vergi ödəyəcəklər

06 Noyabr 2015 - 15:42
in CƏMİYYƏT
 Obyekt satanlar vergi ödəyəcəklər

Azərbaycanda daşınmaz əmlakın satışından vergi tutulması qaydaları dəyişəcək. Fins.az-ın məlumatına görə, bu barədə Vergilər Məcəlləsinə edilən dəyişikliklərdə nəzərdə tutulur. Məcəlləyə dəyişikliklər Milli Məclistərəfindən qəbul edilib, təsdiqlənmək üçün prezidentə təqdim edilib və təsdiqlənəcəyi təqdirdə gələn ilin əvvəlindən qüvvəyə minəcək.

Beləliklə, məcəlləyə edilən dəyişikliklərə görə, kommersiya obyektinin satışı zamanı onun hər kvadratmetrinə görə, 22,5 manat həcmində vergi tutulacaq. Amma bu məbləğ baza rəqəmdir, yəni obyektin yerləşdiyi ərazilərdən asılı olaraq verginin məbləği artıb azalacaq.

Verginin dəqiq hesablanması üçün məcəllədə əmsallar da nəzərdə tutulub. Yəni verginin məbləği hesablanarkən 22,5 manat həmin əmsala vurulacaq. Bakı şəhərinin ayrı-ayrı ərazilərinə fərqli əmsallar tətbiq ediləcək. Əmsallar 1,2-4 arasında dəyişir.

Məsələn şəhərin mərkəzi hisəssindəki kommersiya obyektləri satılanda vergi tutulması üçün 4 əmsalı tətbiq ediləcək. Yəni obyektin hər kvadratmetrinə görə, 90 manat (22,5 manat X  4 əmsal) tutulacaq. 2-ci zonada hər kvadratmetrdən 67,5 manat (22,5 manat X 3 əmsal) və s. Şəhər kənarındakı  ərazilərdə (10-11-12-ci zonalarda) obyektlər satıldıqda isə hər kvadratmetrdən 27 manat (22,5 manat X 1,2 əmsal) vergi tutulacaq.

Cədvəl 1. Bakı şəhərində kommersiya obyektlərinin satışından verginin tutulması üzrə tətbiq ediləcək əmsallar

Bakı şəhəri üzrə zonalar Əmsallar
1 4,0
2 3,0
3-4 2,2
5-6 1,8
7-8-9 1,5
10-11-12 1,2

Ölkənin digər şəhər və rayonlarındakı kommersiya obyektləinin satışı zamanı vergi tutulması üçün  isə fərqli əmsallar tətbiq ediləcək. Obyektin harada yerləşməsindən asılı olaraq bu əmsallar 0,5-1,5 arasında dəyişəcək.

Gəncə, Sumqayıt, Xırdalan üçün 1,5 əmsalı, Abşeron rayonunun qəsəbə  və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), eləcə də, Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərləri üçün 1,2 əmsalı, digər rayon (şəhər) və qəsəbələr (kəndlər) üçün isə 0,5 əmsalı tətbiq olunacaq.

Məsələn, Gəncə, Sumqayıt və Xırdalanda kommersiya obyekti satılarkən onun hər kvadratmetrinə görə 33,75 manat (22,5 manat X 1,5 əmsal) vergi tutulacaq. Şirvan və Mingəçevirdə satılan obyektlərin hər kvadratetri üçün 27 manat (22,5 manat X 1,2 əmsal) vergi ödəniləcək.

Digər şəhər və rayonlarda satılan obyektlərin hər kvadratmetrinə görə, 11,25 manat vergi tutulacaq. Qeyd edək ki, söhbət hazır obyektlərin satışı zamanı tutulan vergidən gedir.

Cədvəl 2. Digər şəhər və rayonlarda kommersiya obyektlərinin satışından verginin tutulması üzrə tətbiq ediləcək əmsallar

Ölkə üzrə ərazilər Əmsallar
Gəncə, Sumqayıt, Xırdalan 1,5
Abşeron rayonunun qəsəbə  və kəndləri (Xırdalan şəhəri istisna olmaqla) 1,2
Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərləri 1,2
Digər rayon (şəhər) və qəsəbələr (kəndlər) 0,5

 

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İrəvan yenə qarışdı: Sarkisyanın istefası gündəmdə – AKSİYA

Next Post

Daha bir ölkə prezidentdən imtina edir

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Daha bir ölkə prezidentdən imtina edir

Səudiyyə Ərəbistanı amerikalılara və avropalılara neftin qiymətində endirim edəcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.