Amerikanın özəl “OceanGate” şirkəti Atlantik okeanında sualtı “Titan”la bağlı fəlakət fonunda bütün kommersiya və tədqiqat missiyalarının dayandırıldığını elan edib.
Elchi.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
“OceanGate” bütün tədqiqat və kommersiya əməliyyatlarını dayandırıb”, – mətbuat xidməti bildirib.
Turist sualtı “Titan” iyunun 18-də 1912-ci ildə 3,8 km dərinlikdə batan okean layneri “Titanik”ə enərkən itib.
Nuranə Məmmədova




