Partlayışlar axşam saatlarında Ukraynanın cənubundakı Odessa vilayətində baş verib , daha əvvəl hava hücumu xəbərdarlığı elan edilib.
Elchi.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana” nəşri məlumat yayıb.
Əvvəllər Dnepropetrovsk vilayətində, həmçinin DXR və Zaporojye vilayətinin Kiyevin nəzarətində olan ərazilərində hava hücumu xəbərdarlığı elan edilmiş, sonra isə ləğv edilmişdir.
Hava təhlükəsi xəbərdarlığı əvvəllər elan edilmişdi və Kirovoqrad vilayətində qüvvədə qalır. Həyəcan siqnalı Xerson vilayətinin Kiyevin nəzarətində olan hissəsində də qüvvədədir.
Nuranə Məmmədova





