Odessada liman yanındakı zavodun fəhlələri bu gün mitinqə çıxaraq Ukrayna hökumətindən Donbasla əməkdaşlığı bərpa etməyi tələb ediblər.
Axar.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Odessanın İctimai İnformasiya Mərkəzi xəbər yayıb.
Mənbə göstərir ki, bu əməkdaşlığın kəsilməsi müəssisələrdə iqtisadi böhrana gətirib çıxarıb.
Qeyd edək ki, Prezident Pyotr Poroşenko noyabrın ortalarında Donbasda xüsusi əməliyyat zonasından bütün dövlət müəssisələrinin təxliyyə edilməsini, eləcə də bank hesabları xidmətlərinin dayandırılmasını tapşırmışdı.
İnformasiya mərkəzinin məlumatına görə, fəhlələr zavodun Dnepropetrovski vilayətinin qubernatoru İqor Kolomoyskinin “Privat” qrupu tərəfindən xüsusiləşdirilməsinin əleyhinə çıxıblar. Xüsusiləşmə 2015-ci il üçün nəzərdə tutulub. Fəhlələr “Kolomoyski, əlini zavoddan çək!” – yazılmış plakatlar qaldırıblar.