"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Odlar Yurdu Universitetində məişət zorakılığı ilə bağlı tədbir keçirilib – FOTOLAR

19 Aprel 2023 - 18:33
in CƏMİYYƏT

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Davamlı Elmi-Sosial İnkişaf” İctimai Birliyinin icra etdiyi “Məişət zorakılığı və gender: ortaq problemlərimiz” layihəsi çərçivəsində Odlar Yurdu Universitetinin konfrans zalında tələbə və gənclərlə görüş keçirilib.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Tədbirdə Odlar Yurdu Universitetinin Keyfiyyət təminatı, innovasiyalar və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Fəxrəddin Məmmədov,  “Davamlı Elmi-Sosial İnkişaf” İctimai Birliyinin sədri, layihənin eksperti Reyhanə Hacıyeva, telejurnalist Telman İsa və digər qonaqlar iştirak ediblər.

50-dən çox gəncin, tələbənin qatıldığı tədbirdə giriş sözü ilə çıxış edən Fəxrəddin Məmmədov qonaqları və tələbələri salamlayaraq dövlətin gənclər və idman siyasətinə, həmçinin ailə institutuna göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb. O, əlavə edib ki, eyni yanaşma təmsil etdiyi universitet tərəfindən də həyata keçirilir, humanitar fənnlərin tədrisi zamanı, habelə tələbələrlə fərdi görüşlərdə ailə dəyərlərinin vacibliyi diqqətə çatdırılır. qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizə qadın və uşaqların hüquqlarının təmin edilməsini prioritet sayan dövlətlərin bu gün həll etməyə çalışdığı əsas problemlərdən biridir. Onun sözlərinə görə, son zamanlar cəmiyyətin normal inkişafına mane olan fenomenal bir məsələ ‐ məişət zorakılığı haqqında tez‐tez eşitməyə başlamışıq. Ailədə zorakılıq, olduqca geniş mövzudur, bu, həm kişinin qadına, uşaqlara qarşı zorakılıq etməsidir, eyni zamanda qadının kişiyə  və uşaqlara qarşı zorakılığı, həmçinin ailədəki qocalara təzyiq də ailəiçi zorakılıq adlanır. Qadınlara və uşaqlara qarşı zorakılıq dünya miqyaslı bir bəladır. O nə  coğrafi sərhədlər, nə də yaş hədləri tanıyır və heç bir etnik və ya dini qrup bu bəladan sığortalanmamışdır. Qadınlara və uşaqlara qarşı zorakılıq insanlığın  ən utancverici insan haqları pozuntusu halıdır. Qadınlara qarşı zorakılıq cəmiyyətdə  qadınlara və  kişilərə  fərqli yanaşmadan irəli gəlir.

Daha sonra çıxış edən qonaqlar qadınlara qarşı zorakılığın qarşısının alınmasının müasir dövrün mühüm məsələlərindən biri sayıblar.Bildirilib ki, bu gün ölkəmizdə  qadın hüquqlarının təminatını bir sıra yerli və  beynəlxalq qanunvericilik təmin edir. 1995‐ci ildə Azərbaycan BMT‐nin “Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında” Konvensiyasına  qoşuldu. Azərbaycanda gender siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsinin hüquqi əsasını məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi altında 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycanın Konstitusiyası təşkil edir.

Natiqlər daha sonra bildiriblər ki, 10 oktyabr 2006‐cı il tarixində Azərbaycan Respublikasının “Gender bərabərliyinin təminatları haqqında” Qanunu qəbul edildi. Qanunun mühüm cəhəti həm keçmişdə, həm də  indi qadınların insan hüquqlarından və fundamental azadlıqlarından istifadə etmələrinə mane olan onlara qarşı müəyyən kök salmış  ayrı-seçkiliyin təzahürlərinin tanıdılıb ortaya qoyulmasıdır. Bu qanuna görə  hüquqi, təşkilati və  digər mexanizmlər vasitəsilə dövlət kişi və qadınların idarəçilikdə və qərar qəbuletmədə bərabər təmsilçiliyə, bərabər imkanların yaradılmasına, gender bərabərliyinin təmin edilməsinə  və  ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına təminat verir. Eyni zamanda cinsi mənsubiyyətə  görə  ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və  qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial  və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsindən ibarətdir.Müstəqil Azərbaycanda milli qanunvericilik qadınların hüquq bərabərliyini təmin edərək hər cür ayrı-seçkiliyin qarşısını almağa xidmət göstərir, gender məsələləri ilə bağlı dövlət siyasəti isə qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə  yönəlib.

Mövzu ətrafında müzakirələr və geniş fikir mübadiləsi aparılıb, tələbələrin sualları cavablandırılıb.Sonda iştirakçılara layihə çərçivəsində hazırlanmış bukletlər paylanılıb.

Qeyd edək ki, 3 ay ərzində icrası nəzərdə tutulmuş layihənin tədbirlər hissəsi başa çatıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Ramazan dini olduğu qədər də milli bayramımızdır”

Next Post

Prezidentdən BNA ilə bağlı qərar: 1 sərəncam, 1 fərman

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Audiovizual Şuraya üzvlər təyin edildi

Prezidentdən BNA ilə bağlı qərar: 1 sərəncam, 1 fərman

Mənə hücumun məqsədi bu idi – Fazil Mustafa

Mənə hücumun məqsədi bu idi – Fazil Mustafa

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.