"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Oğlum günahsızdır…”

24 Fevral 2016 - 10:23
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Oğlum günahsızdır...”

Nəriman Abbasoğlunun anası prezidentə müraciət etdi

Fevralın 25-də Ali Məhkəmədə hakim İnqilab Nəsirovun sədrliyi ilə Abbasoğlu Nəriman İsrafil oğlunun barəsindəki hökmdən verdiyi kasasiya şikayətinə baxılacaq. N.Abbasoğlu 2012-ci ildə MTN-in Antiterror Mərkəzinin əməkdaşları tərəfindən həbs olunub. 
Barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrumetmə cəzası çıxarılıb.
 N.Abbasoğlu “Eurovision-2012″ mahnı yarışması ərəfəsində prezidentə sui-qəsdə cəhdə hazırlıqda, Milli Təhlükəsizlik Nazirliyinin polkovnikini öldürməkdə və digər ağır cinayətlərdə ittiham olunan 29 nəfərlik dəstənin üzvü kimi məhkəmə qarşısına çıxarılsa da, faktiki, onun digər 28 nəfərə aidiyyətinin olmadığı məhkəmədə də təsdiqlənib.
Lakin cinayət işinin MTN-də istintaq olunmasını nəzərə alan hakimlər N.Abbasoğlunu 10 il müddətinə azadlıqdan məhrum ediblər. N.Abbasoğlunun həbsində müstəsna rolu olan, artıq buraxılmış MTN-in Antiterror Mərkəzinin rəisi Elçin Quliyev də vəzifə səlahiyyətlərini aşma və digər ittihamlarla həbsdədir.
N.Abbasoğlunun anası Nəsibə Cahangir qızı Əsgərova məhkəmə öncəsi prezident İlham Əliyevə müraciət etməklə oğlunun günahsız olduğunu diqqətə çatıdırıb və onun azad edilməsi üçün ədalətli qərar çıxarılmasını istəyib. Redaksiyamıza təqdim olunan həmin müraciətin surətini bəzi ixtisarlarla təqdim edirik:
“Prezident İlham Əliyevin ”MTN işi” barədə bizi heyrətə gətirən çıxışından 4 ay keçir. Ancaq MTN tərəfindən böhtan atılmaqla qanunsuz həbs olunan Abbasoğlu Nəriman İsrafil oğlu hələ də azadlığa çıxmayıb. Biz, N.Abbasoğlunun ailəsi inanırıq ki, ölkə başçısının önəm verdiyi haqqın bərpası kimi ləyaqət hadisəsi ədalət məhkəmələrinin apardığı 5-10 epizodla bitməyəcək, qeyri-qanuni həbs olunmuş bütün zərərçəkən insanları əhatə edəcək. Mən anayam. Nəriman 3 bacının yeganə övladıdır”.
Nəsibə Əsgərova oğlunun həbsinin gerçək səbəbini də qeyd edir: “Oğlum 2008-ci ildə ”Bakı şəhəri Teatr və Konsert Biletlərinin Mərkəzləşdirilmiş Satış Sistemi layihəsi”ni yaratdı. O, bu layihəsi ilə qürur duyurdu. 2012-ci ilin martında MTN-in Antiterror Mərkəzinin əməkdaşları Nərimana təmsil etdiyi şirkətin satış sisteminə daxil olmaq, şirkətin gəlirlərinə nəzarət etmək üçün şərait yaratmasını tələb ediblər. Bu məqsədilə ofisə gəlib onunla söhbət aparıblar. Oğlum bunun qanunsuz olduğunu deməklə razı olmayıb və aralarında yaranan qarşıdurma öz pik nöqtəsinə çatıb. Nərimanın inadkarlıqla apardığı mübarizə onun böhtan atılıb həbs olunması ilə nəticələndi. Oğlum bu sistemin yaradıcısı kimi həbs olunana qədər həmin sistemi və serveri idarə edirdi”.
Nəsibə Əsgərova yazır ki, bundan sonra yaşadıqları ünvana basqın olub və oğlu şərlənərək həbs olunub:“Oğlum dünyəvi baxışı və tolerantlığı ilə tanınsa da, bu, MTN-çilərə onu adını belə eşitmədiyi Vüqar Padarovun ”Dini-silahlı birləşməsinin üzvü” kimi həbs etməyə mane olmadı. Onun ailəsi dağıldı, özünü MTN-də verilən işgəncələrlə şikəstə çevirdilər. Bu gün oğlumun qanunsuz həbsinə birbaşa göstəriş verən general Elçin Quliyev və qeyriləri törətdikləri qanunazidd əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunublar. Oğlum isə 3 il 10 aydır etmədiyi əmələ görə Qobustan həbsxanasında cəza çəkir”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rus tarixçidən etiraf: “Xocalı soyqırımı olub və rus əsgərləri günahkardır”

Next Post

Mərkəzi Bank bankların təlabatını ödəyə bilmədi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Mərkəzi Bank bankların təlabatını ödəyə bilmədi

Dəmir yollarının əsaslı təmirinə start verilib - FOTO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.