Ermənistan müdafiə naziri Seyran Ohanyan bu gün ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşərək təmas xəttindəki vəziyyətlə bağlı məlumat verib.
Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, Ohanyan Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində “situasiyanın destablizasiyası tendensiyasından” danışıb. Ohanyan Kasprşikin diqqətini bu məqama yönəldib ki, indiyədək Azərbaycan silahlı qüvvələri Ermənistan ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan, 60 və 82 millimetrlik minomyotlardan atəşə tuturdusa son insident zamanı atəşkəsin əldə edilməsindən bu yana ilk dəfə 120 millimetrlik minomyotdan istifadə edib. Kasprşik isə deyib ki, öz mandatı çərçivəsində vəziyyətin stabilləşməsi üçün maksimal səylər göstərəcək. Xatırladaq ki, Ermənistan ordusu martın 19-da təmas xəttində diversiya həmləsinə cəhd edib. Azərbaycan silahlı qüvvələri bu həmlənin qarşısını qətiyyətlə alıb və düşən 20-yə qədər əsgər-zabitini itirib.



