Oktyabrın 7-dən bu yana İsrail ordusunun Qəzza zolağında qətlə yetirdiyi jurnalistlərin sayı 99-a yüksəlib.
İsrail ordusu daha bir jurnalisti öldürüb.
Elchi.az xəbər verir ki, Hökumətin Qəzzadakı media bürosundan verilən açıqlamada, İsrail ordusunun Qəzza zolağına təşkil etdiyi hücumlarda fələstinli jurnalist Məhəmməd Xəlifənin həyatını itirdiyi bildirilib.
Fələstin mətbuatında dərc olunan xəbərlərdə İsrail ordusunun Qəzza zolağının mərkəzi hissələrindəki Nusayrat Qaçqınlar Düşərgəsində jurnalist Xəlifənin evini bombaladığı, Xəlifə və onun ailəsinin bir çox üzvünün öldüyü bildirilir.
Media ofisindən əvvəlki açıqlamada İsrailin Fələstin hekayəsini susdurmaq, faktları gizlətmək, xəbər və məlumatların regional və beynəlxalq ictimaiyyətə çatmasının qarşısını almaq üçün Qəzzada jurnalistləri qəsdən öldürdüyü bildirilmişdi.
Qeyd olunub ki, oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində həlak olan jurnalistlərin sayı 99-a yüksəlib.
Nuranə Məmmədova






