Ermənistan ordusunda dinc şəraitdə ölən hərbçilərin valideynləri ölkə prezidentinin iqamətgahı
qarşısında növbəti etiraz aksiyası keçiriblər.
Bu barədə epress.am saytı məlumat yayıb. Məlumata görə, bu dəfə onların şikayətlərini dinləmək üçün qarşılarına heç kəs çıxmayıb.
Ölən əsgərlərdən birinin valideyni qeyd edib ki, Serj Sərkisyan qətllərin üstünü açmaq istəsəydi, şikayətçiləri qəbul edib dinləyərdi: “Əgər qəbul etmirsə, deməli, orduda qətllər onun əmri ilə törədilir”.



