"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Ola bilər ki, televiziyadan gedim”

16 İyul 2014 - 05:48
in ŞOU

Teleaparıcı Günay Quliyevanın Milli.Az-a müsahibəsi.
gunay_quliyeva_teleaparici_01
– Günay xanım, televiziya sahəsinə gəlişiniz necə oldu?

– Orta məktəbdə oxuyarkən bir çox tədbirlərin aparıcılığını mənə həvalə edirdilər. Öhdəsindən uğurla gəlirdim. Bu sahəyə marağım yarandı, aparıcı olmaq qərarına gəldim. Ancaq o dövrdə bir az fərqli yanaşma var idi. Hər valideyn övladının aparıcı olmağına razılıq vermirdi. Mənim atam da mənim aparıcı olmağıma bir o qədər də razı deyildi. Ona görə də aparıcılığa bir az yaxın sahəni – Azərbaycan dili və ədəbiyyatı müəllimliyini bitirdim. Oranı bitirdikdən sonra bir müddət kolleclərin birində müəllim kimi çalışdım.

– Bəs sonra?..

– Sonra eşitdim ki, Azərbaycan Dövlət Televiziyasında aparıcıların müsabiqəsi keçirilir. Atamın razılığı ilə mən də qatıldım. Seçilənlər arasında mən də var idim. Beləliklə, televiziyada fəaliyyətə başladım. Bir neçə il Dövlət Televiziyasında çalışdıqdan sonra “Lider” televiziyasına keçdim və indiyə qədər də fəaliyyətimi sözügedən kanalda davam etdirirəm.

– Siz Dövlət Televiziyasında idman xəbərlərini təqdim edən ilk aparıcı olmusunuz. Maraqlıdır, özünüzün idmana marağınız var?

– Xeyr, veriliş apardığım ərəfələrdə idmana marağım olmayıb. Sadəcə olaraq, işimin öhdəsindən maksimum dərəcədə gəlməyə çalışmışam.

– Başqa formatda bir veriliş aparmaq istəyiniz var?

– Hələ ki, yoxdur. Amma üz quruluşuma görə mənə uşaq verilişi aparmaq təklif olunmuşdu.

– Ümumiyyətlə, nə vaxtsa televiziyadan başqa bir sahədə çalışmaq fikriniz var?

– Ümumilikdə götürsək, bir çox planlarım var. Onları həyata keçirmək fikrim var. Bəli, ola bilər ki, yaxın dörd-beş il ərzində televiziyadan gedim.

– Fikrinizdə olan planlarınız hansılardır?

– Ailə qurmaq, övlad sahibi olmaq, dünyanı gəzmək və s.

– Ən birinci hansı ölkədə olmaq istəyirsiniz?

– Türkiyə və Yunanıstandan başlamaq istəyirəm. Yəqin ki, bu yay buna start verəcəm, inşallah.

– Efirdəki Günayla həyatdakı Günay arasında fərq, yaxud oxşarlıq nədir?

– Bir neçə il bundan öncə daha mehriban idim, hamıyla səmimi olmağa çalışırdım. Amma indi bir qədər ayılmışam. İnsanlarla öz aramda sərhəd qoymağa başlamışam. Ola bilər ki, efirdən gülərüz biri kimi görünürəm, amma hərdən coşmağım da var (gülür).

– Efirdən özünüzə baxarkən bəyənmədiyiniz nədir?

– Özüməməxsus bəzi jestlərim var ki, onları bəyənmirəm.

– Başınız “daşdan-daşa” dəyib?

– Bəli, belə hallar çox olub. Amma çalışmışam ki, bir nəticə çıxarım.

– Nəyə məcbursunuz?

– Məni bu həyatda heç kim heç nəyə məcbur edə bilməz.

– Bəs özünüz kimisə məcbur edirsiniz?

– Hərdən olur…

– Çoxları haqsızlığa məruz qalmışam, deyir… Bəs siz özünüz kiməsə qarşı haqsızlıq etmisiniz?

– Etiraf edirəm ki, olub. Amma onda da özümü haqlı tərəf kimi gördüyüm üçün olub, yəqin (gülür).

– Hal-hazırda nəyin axtarışına çıxmısnız?

– Mən həmişə yeniliklər axtarışında olmuşam. İndi də elədir. Eyni şeylərdən bezən və yorulan biriyəm. Buna görə də bəzi planlarım var. Onları reallaşdırmamış əl çəkən deyiləm.

– Yəni ki, inadkarsınız…

– Bəli, çox iddialıyam. Məqsədlərimə çatmaq üçün səbr etməyi də bacarıram. Təki arzularım gerçəkləşsin.

– Məxfi saxladığınız nəyinsə üstü açılıb?

– Bəzilər açılıb (gülür). Amma elə şeylər var ki, adı üstündə, məxfidir və məxfi olaraq da qalacaq…

Cavidan Abdullayev
Milli.Az

Bunu da oxuyun

Bülənt Ərsoya mərmər çanta bağışlandı – FOTO

Elton Con xəstəxanaya yerləşdirilib

Hadisə bu tarixdə Bakıya gəlir

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Xalq Cəbhəsinin təsisindən 25 il ötür

Next Post

Lalə Məmmədova Bakı bulvarında

Bənzər yazılar

Bülənt Ərsoya mərmər çanta bağışlandı – FOTO

Bülənt Ərsoya mərmər çanta bağışlandı – FOTO

02 Oktyabr 2023 - 19:51

Türk klassik musiqisinin divası Bülənt Ərsoy dəbdəbəli səhnə geyimləri, zinət əşyaları və qeyri adi tərzi ilə tez-tez gündəmi zəbt edir....

Elton Con xəstəxanaya yerləşdirilib

Elton Con xəstəxanaya yerləşdirilib

28 Avqust 2023 - 16:44

Müğənni və bəstəkar Elton Con xəstəxanaya yerləşdirilib. Məlumata görə, müğənni dəniz kənarındakı evində yıxılaraq Monako xəstəxanasına yerləşdirilib. Elton Conun gecə...

Hadisə bu tarixdə Bakıya gəlir

Hadisə bu tarixdə Bakıya gəlir

20 Avqust 2023 - 17:51

Türkiyənin məşhur ulduzu, mahnıları ilə bir çoxlarının sevimlisi Hadisə 26 avqust tarixində Dalğa Fest - də səhnə alacaq. Elchi.az xəbər...

Britni Spirs və əri Sem Əsgəri boşanır

Britni Spirs və əri Sem Əsgəri boşanır

17 Avqust 2023 - 15:48

Dünyaca məşhur müğənni Britni Spirs və əri Sem Əsgəri boşanır. İddialara görə ayrılığa səbəb, müğənninin xəyanəti olub. Bildirilir ki, təxminən...

Next Post

Lalə Məmmədova Bakı bulvarında

“Abbas Abbasov öz cibinə işləyirdi” - Aleksandr Fomenkovdan sensasiyalı açıqlamalar

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.