"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Öldürülən kürdlərin üstündən götürülən silahların əksəriyyəti Rusiya istehsalıdır”

04 Fevral 2016 - 09:50
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

  “Öldürülən kürdlərin üstündən götürülən silahların əksəriyyəti Rusiya istehsalıdır”

Qabil Hüseynli: “Rusiya Türkiyəni guya cəzalandırmaq üçün PKK variantından istifadə edir, ancaq PKK-nın beli artıq qırılıb…”

Son günlərdə Türkiyənin PKK bölgəsində yaranan gərginlik pik həddə çatıb. Türk ordusu kürdlərə qarşı həyata keçirdiyi əməliyyatlar nəticəsində itkilər verməkdədir. Demək olar ki, hər keçən gün türk əsgərləri şəhid olur. 
Xüsusilə də PKK-nın siyasi qolu HDP lideri Səlahəddin Dəmirdaşın Türkiyə təhlükəsizlik qüvvələrinin Diyarbəkirin Sur rayonunun PKK  terrorçularından təmizləməsinə və orada türk bayrağı asmasına sərt təpki verməsi vəziyyəti daha da ağırlaşdırıb. HDP lideri əməliyyatları “kürd xalqına qarşı” aparılan əməliyyat kimi qələmə verib: “Diyarbəkirin qala divarlarına türk bayrağı asmaq zəfər deyil. Bu qələbədirmi? Qələbə divarlara ”türkün gücünü tanıyacaqsan” yazmaqdırmı? Bu qələbə yox, məğlubiyyət psixologiyasıdır. Siz bir xalqı özünüzə düşmən etdiniz”.
Ekspertlər hesab edirlər ki, qardaş ölkədə gərginləşən münasibətlərdə Rusiya amili əsas rol oynayır. Ötən ilin noyabrından başlayaraq Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi, hər iki ölkə arasındakı narazılıqlarda HDP lideri Dəmirdaşın açıq şəkildə şimal qonşumuzun yanında olmasını həmin ölkəyə səfəri zamanı bəyan etməsi ekspertlərin fikirlərinin müəyyən qədər doğruluğuna dəlalət edir. Ekspertlər onu da bildirirlər ki, Rusiya qardaş ölkə üzərində üstünlük qazanmaq üçün PKK-dan alət kimi istifadə edir.
Politoloq Qabil Hüseynli Türkiyədə baş verənlərin separatizm və terror olduğunu bildirdi: “PKK dünyanın əksər ölkələri tərəfindən terror təşkilatı kimi tanınıb. Son vaxtlarda isə kürdlərin fəallaşmasında əsas rol oynayan Rusiyadır. Öldürülən kürdlərin üzərindən götürülən silahların əksəriyyəti Rusiya istehsalıdır. Hətta son bir ayda öldürülənlərin içərisində iki rus təlimatçısının nəşi də olub. Silahlar əvvəlcə PKK-nın Suriya ərazisində fəaliyyət göstərən PYD qoluna ötürülür. Düzdür, bəzi ölkələr PYD-ni terrorçu qruplaşma kimi qəbul etmirlər. Onu Suriyada müxalifətin bir hissəsi kimi qələmə verirlər. PYD-yə ötürülən silahlar asanlıqla PKK tərəfə verilir. Ona görə də bugünlərdə PKK-nın silahlandırılması ilə Rusiya məşğuldur. PKK-da alman silahları da var. Amma həmin silahları bazarlardan alırlar. Almaniya silahlarını İŞİD-ə qarşı döyüşən qüvvələrə və İraqa göndərir. Bəziləri bu silahlardan döyüş üçün istifadə etmir, bazarlarda satırlar. Belə məlumatlar var ki, Suriya ərazisində kürdlərə təlim  keçən rus təlimatçılardan ibarət düşərgə yaradılıb. Rusiya ərazisində yaşayan PKK-çılar da təlim keçərək, kürdlərin sıralarına qoşulurlar. Bütün bunlara baxmayaraq, düşünürəm ki, PKK-nın beli sındırılıb. Onların əsas qüvvələri sıradan çıxarılıb. Sadəcə, yeni qüvvələr meydana çıxır. Amma bu qüvvələr əvvəlkilərin yerini doldurmağa qadir deyil. PKK-nın müqavimətini qırmaq uzun çəkməyəcək. Bu zamana çox az qalıb”.
Politoloq Türkiyənin atmalı olduğu addımları da sadaladı: “Kürdlər evlərə daxil olur və əhalinin müəyyən təbəqəsi tərəfindən müdafiə olunurlar. Ona görə də onlara qarşı mübarizə bir qədər çətindir. Onlar partizan müharibəsi aparır. Türk əsgərlərini daim xain metodlarla şəhid edirlər. Mübarizəni çətinləşdirən amillər də bunlardır. Türk əsgəri mülki əhalinin sıradan çıxarılmasından çəkinir. Bu baxımdan geniş əməliyyatlar apara bilmir. Əhalinin arxasında gizlənib, qadınları, yaşlıları önə verən PKK-nı məhv etmək elə də asan məsələ deyil”.
Q.Hüseynli HDP liderinin ruslara dəstəkləməsinin pərdəarxası məqamlarını və Rusiyanın kürdlərdən Türkiyəyə qarşı istifadə etdiyini də qeyd etdi: “Rusiyanın Türkiyə ilə münasibətləri gərginləşən kimi, açıq şəkildə bildirmişdi ki, görün, sizin başınıza nə oyun açacağıq. Putin bu tərzdə ifadələr işlətmişdi. Bu zaman onun PKK-nı nəzərdə tutduğunu, kürdlərdən istifadə edəcəyini hər kəs anladı. Indi Rusiya guya Türkiyəni cəzalandırmaq üçün PKK variantından istifadə edir. Dəmirdaşın Rusiyaya səfəri və oradakı açıqlamaları çox şeyi sübut etdi”.
Sonda müsahibimiz Rusiya-Türkiyə münasibətlərinin düzəlməsinin PKK ilə gərginliyin aradan qalxmasına da müsbət təsir edəcəyindən söz açdı: “Gərginlik aradan qalxarsa, hər iki tərəf üzərinə müəyyən öhdəliklər götürəcək. Türkiyə vaxtilə belə bir öhdəlik götürüb. Çeçenlərin ölkələrində təlim keçməsinə izn verməyəcəyi ilə bağlı. Hər iki ölkə arasında münasibətlər düzəlsə, yəqin ki, öhdəlikləri bu şəkildə olacaq. Türkiyə çeçenlərə yardım etməyəcək, öz ölkələrində onlara sığınacaq da verməyəcək. Ruslar da bu şəkildə hərəkət edəcəklər. Hazırda Rusiya kürdlərə sığınacaq verməkdə davam edir. Amma Türkiyə əksini edərək, çeçenlərə oturum verməkdən imtina edir. Bu işlərə yenidən baxmaq lazım gələcək”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Səkkiz ölkə neft qiymətlərini qaldırır – Şok ssenari

Next Post

Məmur övladının milyonluq maşın kolleksiyası

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Məmur övladının milyonluq maşın kolleksiyası

Sensasiya: Amerikalılar Gürcüstanda 5 trilyon kubmetr qaz tapdılar

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.