Azərbaycan, Ukrayna və Qazaxıstandan olan bir neçə güləşçinin Pekin-2008 və London-2012 Olimpiya oyunlarında qazandığı medallar dopinq səbəbindən əllərindən alına bilər. Bu barədə “FloWrestling” məlumat yayıb.
Hələlik adı dopinq qalmaqalında hallanan güləşçilərin kimliyi açıqlanmayıb.
Azərbaycan Respublikası Güləş Federasiyasının mətbuat katibi Mais Musayev dopinq qalmaqalı ilə bağlıAzVision.az-a açıqlama verib.
Federasiya rəsmisi bildirib: “Azərbaycan güləşçilərinin medallarının geri alınması ilə bağlı Beynəlxalq Dopinq Komitəsindən federasiyaya rəsmi məlumat daxil olmayıb. Ona görə də hansısa saytda çıxmış bir xəbərə şərh vermək düzgün olmaz”.




