“Son illər Azərbaycanda olimpiyada yarışmalarında yer tutan uşaqlara kifayət qədər güzəştlər olunur. İstər Azərbaycanda Ali təhsil müəssələrinə qəbul olunmasında, istərsə də xarici ölkələrin Ali təhsil müəssəlırinə qəbul olunmasına şərait yaradılır”- bu sözləri Elchi.az-a açıqlamasında təhsil eksperti Adil Vəliyev deyib.
O, həmin şagirdlərin imtahanlarda iştirak etmədən Ali məktəbə qəbul olunacağını vurğulayıb:”Əgər onlar xaricdə təhsil almaq istəyirlərsə arasında olunacaq seçimlər daha ciddi formada aparılır. Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə tədris daha müsbət formada həyata keçirilir ki, ölkəmizdə hələ həmin metodlar tədbiq olunmaylb. Ancaq yaxın gələcək zamanda təhsil sistemimizdə yeni layihələrə və planlama işlərin həyata keçirəcəyini gözləyirik”.
Havar Şəfiyeva






