Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Elchi.az-a verilən məlumata görə, son sutkada infeksiyaya 5 yeni yoluxma faktı qeydə alınıb.
COVİD-19-a yoluxan 10 nəfər sağalıb, xəstəlikdən vəfat edən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 831 732 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 386 nəfər müalicə olunaraq sağalıb, hazırda 74 aktiv xəstə var. Bu günə qədər 10 272 nəfər vəfat edib.
Sabah Bakıya yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...




