“Elektrik enerjisi ixracı ölkəmizin qeyri-neft sektoru ixracında payını hər il artırır. 2021-ci ildə Azərbaycan 70 mln dollarlıq elektrik enerjisi ixrac etmişdisə, 2022-ci ildə bu rəqəm 121 mln dollar olmuşdur. Ölkəmizin enerji potensialının böyük olması, bu potensialı reallaşdırmaq üçün istehsal güclərinin inşa edilməsi, ixrac potensialımıı xeyli artırmaqdadır”- bu sözləri Elchi.az-a açıqlamasında Millət vəkili Tahir Mirkişili deyib.
O,eyni zamanda, Qara dənizin dibi ilə Avropaya elektrik ixracı xəttinin çəkilməsi potensiaı bazar imkanlarını daha da artıracağını qeyd edib.
” İqtisadi cəhətdən Azərbaycanın tərəfdaşlarının sayının artması ölkəmizin geo-siyasi məkandan öz milli maraqlarını daha əzmlə təmsil etməsinə imkan yaradır. Dövlət başçısı cənab İlham Əliyevin geniş məkanda uğurlu geo-iqtisadi siyasəti həm ölkəmizin gəlirlərini artırır, həm də ölkəmizə yeni müttəfiqlər qazandırmaqla xarici bazarlarda yeni uğurlar əldə etməyə imkan yaradır”.
Havar Şəfiyeva




