"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ölkənin lider mobil operatoru şəbəkəsinin imkanlarını genişləndirir və gücləndirir

27 Dekabr 2018 - 17:38
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Azərbaycanın telekommunikasiya bazarında lider mobil operator olan Azercell Telekom abunəçiləri yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin etmək  və rəqəmsal dünyanın ən son yeniliklərinin ölkədə tətbiqinə hazır olmaq üçün  şəbəkənin gücləndirilməsi, əhatə dairəsinin genişləndirilməsi və təqdim olunan internet xidmətinin sürətinin daha da artırılması istiqamətində bir sıra mühüm addımlar atıb. 14-15 dekabr tarixlərində Abunəçi Məlumatlarının Mərkəzləşdirilməsi layihəsi (UDC) uğurla tamamlandı. Bir neçə mürəkkəb mərhələni özündə biləşdirən UDC layihəsi Azercell şirkətinin texnoloji cəhətdən davamlı inkişafının göstəricilərindən biridir. Qeyd edilən tarixlərdə, həmçinin məlumat strukturumuzun gücləndirilməsi zəminində HLR Miqrasiyası prosesi müvəffəqiyyətlə yerinə yetirildi. Paralel şəkildə internet ötürücülüyünün artırılması məqsədilə Paket-kommutasiya şəbəkəsinin genişləndirilməsi işləri də uğurla icra olundu.

“Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev sözügedən proseslərlə bağlı bildirdi ki, şirkət abunəçiləri təqdim edə biləcəyi ən güclü və dayanıqlı şəbəkə ilə təmin etmək üçün böyük layihələr həyata keçirir və mövcud resurslardan maksimal şəkildə istifadə edir. “Ümumiyyətlə, bu tip nəhəng layihələrin yerinə yetirilməsi çox ciddi riskləri özündə birləşdirir. Bir çox ölkələrdə bu layihələr zamanı ümumi şəbəkə kəsintisi kimi ciddi fəsadlar yaşanıb. Lakin, Azercell UDC layihə qrupu Ericsson mütəxəssisləri ilə birlikdə qarşıya çıxa biləcək bütün risk və problemləri öncədən nəzərə alaraq, texniki nasazlıqları minimum həddə endirə bilmişlər” deyə Vahid Mürsəliyev bildirdi. O, bütün diqqətin Azercell şəbəkəsinin 5G və digər yeni nəsil texnologiyaların tətbiqinə hazırlanmasına, müştəri təcrübəsinin mükəmməlləşdirilməsinə yönəldəyini vurğuladı. Vahid Mürsəliyev onu da qeyd etdi ki, şirkət bundan sonra da təqdim etdiyi keyfiyyətli və rahat xidməti ilə abunəçilərin gündəlik, eləcə də işgüzar həyatını asanlaşdırmaq üçün çalışmağa davam edəcəkdir.

Qeyd etmək lazımdır ki, UDC (User Data Consolidation)– Abunə istiqamətli telekommunikasiya şəbəkələrinin verilənlər bazasının daha çevik, daha sürətli və daha keyfiyyətli istifadəsinə imkan verir. UDC –çoxməqsədli sistemdir və telekommunikasiya sahəsində fəaliyyət göstərən digər bütün növ sistemlərlə uyğunlaşa bilir..

Telekommunikasiya şəbəkəsində hər bir aktiv mobil cihazın məlumatlarını özündə cəmləyən HLR-yerləşmə qeydiyyatı bazası mövcuddur. HLR-ın məqsədi bu məlumatların toplanmasında funskionallığı təmin etmək və istifadəçinin müəyyən edilməsi (təsdiqlənməsi) kimi istəkləri emal etməkdir. Qeyd edək ki, məlumat bazası hər zaman yenilənir. Tutum qabiliyyəti tükənmək üzrə olarkən və ya şəbəkədə təkmilləşmə işləri görülərkən, hər bir istifadəçi üçün məlumat strukturu gücləndirilməli olur. Bu halda, istifadəçi məlumatlarının itirilməsinin qarşısının alınması üçün data köhnə HLR-dan (mənbə HLR) yeni HLR-a (hədəf HLR) köçürülür. Bu proses HLR miqrasiyası adlanır ki, şirkətimiz tərəfindən uğurla tamamlanmışdır.

Paket-kommutasiya şəbəkəsinin genişləndirilməsi layihəsi müştəri təcrübəsinin inkişafına yönəlmiş mühüm proseslərdən biridir. Azercell onun köməyilə İnternetdə məlumat ötürücülüyünü artırmağa nail olacaq. Beləliklə də, internet istifadəsinin pik saatlarında mobil operatorun abunəçiləri sürətin nisbətən zəifləməsinin şahidi olmayacaqlar.

Ümumiyyətlə, bütün sadalanan proseslər təkmilləşməyə yönəldiyindən müştərilərin rahatlığını təmin etməkdə  yardımçı olur.

Azərbaycana bir sıra texnoloji yeniliklər gətirən Azercell bundan sonra da öz missiyasına sadiq qalaraq  innovativ həllər, müasir xidmətlər vasitəsilə abunəçilərin həyatını asanlaşdırmaq və rəqəmsallaşdırmaq üçün şəbəkəsinin gücləndirilməsini davam etdirəcək, bu istiqamətdə zəruri olan tədbirləri həyata keçirəcəkdir.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz       

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Həyat yoldaşını qətlə yetirdikdən sonra könüllü polisə təslim oldu

Next Post

“Xaricdən ölmüş insanların adına bahalı telefonlar göndərirlər” – Səfər Mehdiyev

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
“Xaricdən ölmüş insanların adına bahalı telefonlar göndərirlər” – Səfər Mehdiyev

"Xaricdən ölmüş insanların adına bahalı telefonlar göndərirlər” – Səfər Mehdiyev

“Azərkosmos” bu il 24 ölkədən 24 mln. dollar gəlir əldə edib

“Azərkosmos” bu il 24 ölkədən 24 mln. dollar gəlir əldə edib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.