
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.Trend-in məlumatına görə, noyabrın 5-də qızılın qiyməti noyabrın 2-i ilə müqayisədə 1,5385 manat azalaraq 1 unsiya üçün 2095,148 manat təşkil edib. Gümüş 0, 0332 manat ucuzlaşaraq 1 unsiya üçün 25,0249 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 7,225 manat artaraq 1479,833 manat, palladiumun qiyməti isə 36,0145 manat artaraq 1905,19 manat təşkil edib.
| Ad | 05.11.18 | 02.11.18 | |
| Qızıl | XAU | 2095,148 | 2096,6865 |
| Gümüş | XAG | 25,0249 | 25,0581 |
| Platin | XPT | 1479,833 | 1472,608 |
| Palladium | XPD | 1905,19 | 1869,1755 |
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.




