"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ölkəyə turist gəlir, biz isə onları tanımırıq

13 İyun 2016 - 10:56
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 Ölkəyə turist gəlir, biz isə onları tanımırıq

Bakı şəhərində gəzən əcnəbilərə bələd olmağın yolları – hansı millət xarici ölkədə necə davranır?

Şəhərin mərkəzinə çıxanda sizin də diqqətinizi xarici turistlər çəkir? Xüsusən də İçərişəhərdə, əllərində kameralarla, nabələd baxışlarla ətrafı seyr edənlərin xarici qonaq olduğunu anlamaq üçün bir neçə saniyə bəs edir. Doğrudur, indi ölkəmizdə keçirilən beynəlxalq yarış öncəsi onların sayı çox olmalı idi. Hətta deyərdim ki, şəhərin mərkəzi onların əlindən “qaynamalı” idi, amma…
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə iddia edir ki, son 10 il ərzində ölkəmizə gələn turistlərin sayı 5 dəfədən çox artıb. Ə.Qarayev turizmin Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda prioritet sahələrdən biri olduğunu bildirib.
Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gələn turistlərin sayında əsaslı artım baş verib.
Mədəniyyət və Turizm Nazirliyindən verilən xəbərdə deyilir ki, bu ilin aprel ayında BƏƏ-dən ölkəmizə səfər edən xarici vətəndaşların sayı 2,5 min nəfər təşkil edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 27 dəfə çoxdur. 2015-ci il ərzində Fars körfəzi ölkələrindən Azərbaycana gələn xarici vətəndaşların sayında 16.1% artım baş verib. 2016-cı ilin ilk 4 ayı ərzində gələn xarici turistlərin sayı 6 624 nəfər, 2015-ci ilin müvafiq dövrü ərzində gələn xarici turistlərin sayı isə 363 nəfər olub.
Nazirlikdən bildiriblər ki, bu ilin 1 fevral tarixindən etibarən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşlarına Azərbaycana bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsi təmin edilib.
Ən çox turist cəlb edən ölkə Fransadır
Dünyanın ən çox turist cəlb edən ölkələri məlum olub. Türkiyə mətbuatının məlumatına görə, bu ölkə turistlərin gəlmə sayı baxımdan bir çox böyük dövlətləri geridə qoyub. Dünyada ən çox turist çəkən ölkə Fransadır. Bu ölkəni 1 il ərzində 81 milyon 400 min turist ziyarət edib. İkinci yerdə 62 milyon 700 min turistlə ABŞ gəlir. 57 milyon 600 min turistlə Çin 3-cü, 56 milyon 700 min nəfərlə İspaniya 4-cü sırada yer alıb. 46 milyon 100 min turistlə İtaliya 5-ci pillədə yer alarkən, Türkiyə ölkəsinə gələn 34 milyon turist sayı ilə dünyada 6-cı sırada dayanıb…
İndi keçək girişdə haqqında danışdığımız turist psixologiyası, turistlərə yanaşma tərzindən. Türkiyənin “Sabah” qəzeti turizm, turistlərlə bağlı dərin təcrübənin də vermiş olduğu inamla dünya turistlərinin özəllikləri ilə bağlı maraqlı bir araşdırma hazırlayıb.
Siyahıda Türkiyə turizminə verdiyi önəmli qatqılara görə önəmli yer tutan bizlər, azərbaycanlı turistlər də yer alıb. Oxuyun, bundan sonra tətilə çıxanda, ölkənizə gələn qonaqları təhlil edəndə yan-yörənizdəki turistlərin özəlliklərini, bunun hansı xalqın keyfiyyəti olduğunu bilin!
Ondan başlayaq ki, bəzi insanlar tətilə çıxanda “içindəki uşağı” da ortaya çıxarır. Yəni olduğu kimi davranır. Amma heç də hər kəs yox. Sən demə, turizm məkanlarında da diplomat kimi davrananlar az deyil. Diplomatik çeşidliliyi göstərən ən yaxşı turistlər yazımızda bəlkə siz də özünüzü tapa bilərsiz.
Bunun içki düşkünü var, millətçisi var, aqressivi var – hər turist bir hekayədir
Beləliklə, qəzet əcnəbi turistləri belə siyahılaşdırıb:
10. Kanadalılar
Xüsusi turist özəlliyi: Kanada bayrağıdır. Az qala hər şeyin üstündə bu bayrağı görmək olar: çantalar, papaqlar, köynəklər, şortiklər. Bəziləri Kanada bayrağını qoluna döymə kimi də vurdurur. Təriflənməyə dəyər vərdişləri: Amerikan olmamaları. Cənubda olan qonşularının bütün müsbət cəhətlərini alıb, mənfi xüsusiyyətlərindən qurtulublar. O qədər nəzakətli və səmimi insanlardır ki, milli komandalarının sizin ölkənizə qalib gəlməsini belə arzulaya bilərsiniz. Qüsurları: Hər fürsətdə amerikan olmadıqlarını ifadə etmələri. Sanki İraq döyüşünü başlayan onlarmış kimi özlərini hər şeyin xaricində tutmağa çalışırlar.
 
9. İngilislər
Təyinedici turist xüsusiyyətləri: Qırmızı rəng. Öz ölkələrində Günəş işığına həsrət olduqları üçün, getdikləri yerlərdə özlərini ən güclü Günəş şüalarına əmanət edirlər.
Təriflənməyə dəyər davranışları: ingiliscə bilirlər və Günəşin altında çox asan yana bilirlər. Bir pivəyə qonaq etsəniz, hətta bunu təklif kimi səsləndirsəz, ömür boyu yoldaşınız ola bilərlər. Qüsurları: ingilislər üçün spirt və tətil bir bütündür. Yerli dili bilmədikləri üçün ingiliscə yüksək səslə danışarlar.
8. Çinlilər
Təyinedici turist xüsusiyyəti: əsla müstəqil səyahət etməzlər. Qruplar halında dövrlər edərlər və hər zaman başlarında bir rəhbər olur. Təriflənməyə dəyər vərdişləri: Qabaqlarına qoyacağınız hər şeyi sevə-sevə yeməyə hazırdırlar və bunları yerli xalq kimi bəyənərlər. Və pul mövzusu. Dünya iqtisadi böhran yaşayarkən çinlilər hələ də dəli kimi pul xərcləyir. Qüsurları: çinlilər hələ turizmdə yeni-yeni qloballaşır. Tarixi sahələrə ad yazmaq və hər yerdə siqaret çəkmək kimi cəhətləri onları dərhal gözdən salır.
 
7. Avstraliyalılar
Təyinedici xüsusiyyətlər: Avstraliyalılar şortik, başmaq və səndəl geyən, iqlimə və ya mədəni həssaslıqlara önəm verməyən turistlərdir. Təriflənməyə dəyər vərdişləri: məşhur qayğısız rəftarları. Viza alsalar, hər halda Əfqanıstanda şortik geyinib, tanımadıqları insanlara “gözəl saqqal dostum” deyə-deyə ətrafda fırlanacaqlar.
Qüsurları: yığıncaqları və qısaltmalarla danışmaları. Öz aralarında asan anlaşırlar, amma hər iki sözdən birini qısaltmaları başqaları tərəfindən çox çətin anlaşılmalarına səbəb olur.
6. İtalyanlar
Təyinedici xüsusiyyətləri: italyanların marka sevgisi onları xaricdə də tək buraxmır. Qollarında Gucci çantalar və yüksək dikdaban ayaqqabılarla Machu Picchu’yu axtaran birini görsəniz, bilin ki, o, italyandır. Təriflənməyə dəyər vərdişlər: Mövzu italyanlarsa ətrafda yaxşı qəhvə tapa bilərsiniz. Ayrıca restoranda qarşı masanızda sizdən daha çox əylənən bir qrup varsa, onlar italyanlardır.
Qüsurları: çox israrçıdırlar və yoldaşlarının düşüncələrinə əhəmiyyət vermirlər. Bundan başqa, turist kimi ərköyünlükləri də xeyli bezdiricidir.
 
5. Yaponlar
Təyinedici xüsusiyyəti: fotoaparat daşımaları. Amma indi telefon daşıyan hər kəs üçün bu xüsusiyyət keçərlidir.
Təriflənməyə dəyər vərdişləri: macərasevər yaponlar da qrup halında gəzirlər. Ta ki, getdikləri yerdə turistik məkan qurtarana qədər. Qüsurları: çəkdirdikləri hər şəkildə barmaqlarıyla V şəkli göstərmələri. Bu, guya ki, ingiliscə “victory” (qələbə) mənasını verir.
 
4. İsveçlilər
Təyinedici xüsusiyyətləri: uzun, sarışın, rahat və sağlam. İsveçliləri fərq etmək çox asandır, amma daha uzun və parlaq olan norveçlilərlə qarışdırmamaq lazımdır. Eləcə də daha-daha uzun və parlaq olan danimarkalılarla.
Təriflənməyə dəyər vərdişləri: Çox rahat rəftarlarıyla, Avropanın kaliforniyalıları kimidirlər. Nəzakətlidilər. Çimərlik paltarları içində ən gözəl görünən insanlardır.
Qüsurları: geridə qalmış insanlara olduqca dözümsüz münasibət göstərirlər.
3. Amerikanlar 
Təyinedici xüsusiyyəti: çempionata qatılmağı bacara bilməyən professional qolfçular kimi geyinirlər.
Təriflənməyə dəyər vərdişləri: yüksək səslə danışıb davamlı etiraz edirlər. Amma yenə də dünyanın ən açıq fikirli və mədəni fərqliliklərinə hörmət edən insanlarıdır. Bəxşiş verməkdə isə əvəzsizdilər. Hətta o qədər ki, üzünə baxdığınız üçün belə bəxşiş ala bilərsiniz. Qüsurları: Onlara elə gəlir ki, amerikanlı olmaq “hər şeyi edə bilərəm” mənasını verir.
 
2. Almanlar
Təyinedici xüsusiyyəti: sarı saçları, pivədən yaranan şiş göbəyə heyranlıqları və atletik görünmə səyi. Təriflənməyə dəyər vərdişləri: almanlar açıq havanı çox sevərlər və özlərini Avropa çimərliklərindən daha uzağa aparacaq mədəniyyətlərə qarşı maraq duyarlar. Ağıllı, hörmətli və yoldaş sevəndilər. Nə qədər çox içsələr də, bunun öhdəsindən gələ biləcək bədənləri var. İçib özünü itirənlərdən deyillər. Qüsurları: hədsiz dərəcədə xırdaçıdılar.
 
Çilililər
Təyinedici xüsusiyyətləri: Sakit ölkənin turistləri həqiqi turistlərdir. Özləri olduğu qədər getdikləri yeri də əyləndirirlər. Təriflənməyə dəyər vərdişləri: nə qədər çətinliklə qarşılaşsalar da, heç vaxt şikayət etmirlər. Qüsurları: çox rahat və komplekssizdilər. Və bunu çox şişirdilmiş şəkildə hamının gözünə soxmağa çalışırlar.
Nəhayət, ruslar: 
Təyinedici xüsusiyyətləri: qadınlar daha çox qüsursuz bədən quruluşu, kişilər isə içkiyə meyllilikləri ilə diqqət çəkirlər. Heç bir kompleksləri yoxdur. Qızlar çox rahat şəkildə dostluğa meyl edir. Ailəli turistlər isə uşaqlarına xüsusi önəm verir. Təriflənməyə dəyər vərdişləri: yeməklə bağlı xüsusi kaprizləri olmur. Daha çox öyrənməyə, yeni dadları, yerləri kəşf etməyə maraqlıdılar.
Qüsurları: başqa turistləri, xüsusən də qeyri-avropalıları aşağılama meyli güclü hiss olunur. Getdikləri yerdə dominantlığa meyl etmələri, bəzən yersiz insident yaratmaları bundandır.
Və gəldik, Azərbaycan oxucusu üçün ən maraqlı sayılacaq rəyə. Yəni özümüzə. Qəzetin yazısında azərbaycanlı turistlərlə bağlı deyilən rəylər stereotiplərdən uzaq, konkret rəy sorğusunun nəticələrinə əsasən hazırlanıb. Ümumiyyətlə, bütün millətlərdən olanlar barədə yazılanları otellərdə, turizm obyektlərində keçirilən sorğunun nəticələrinə əsasən hazırlayıblar. Beləcə, azərbaycanlı turistlər:
Təyinedici turist xüsusiyyətləri: daha çox kompleksli və qeyri-tətil geyimləri ilə diqqət çəkirlər. Dənizə üzməyə də qollarındakı saatla gedənlər var. İstirahətə ailəvi çıxmaları onları səciyyələndirən cəhətləridir.
 
Təriflənməyə dəyər vərdişləri: Problem yaradan turist kateqoriyasına daxil deyillər. İçkili halda digər turistlərə narahatçılıq yaratmaq, habelə yeməkdən, hoteldən yerli-yersiz narazılıq etmək kimi hər hansı cəhətləri yoxdur.
 
Qüsurları: əylənməkdən, istirahətdən daha çox alış-verişə önəm vermələri. Hotelə, istirahət kompleksinə gəldikləri ilk gün ən yaxınlıqdakı alış-veriş mərkəzinin yerini soruşurlar. Onları əllərində kitabla nadir halda görmək olar. Az idman edirlər, daha çox yeməyin vaxtı və menyu ilə maraqlanırlar.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İŞİD terror təşkilatı deyil – Sahib Alıyev yazır

Next Post

Bu il məhsul qıtlığı və bahalaşma olmayacaq – Nazirlik

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Bu il məhsul qıtlığı və bahalaşma olmayacaq - Nazirlik

İsmayıllıda sel aparan 12 yaşlı qız xilas edildi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.