Fransa prezidenti Fransua Olland bu gecə öldürülmüş Boris Nemtsovun qətlinə sərt münasibət bildirib.
Avropa.info xəbər verir ki, Olland qətli alçaq hərəkət adlandırıb. Ona görə Nemtsov demokratiya uğrunda mübarizə aparan cəsur, ehtiraslı, yorulmaz şəxs idi.
Olland Rusiya müxalifətinin liderinin ailəsinə başsağlığı verib.



