Fransa prezidenti Fransua Olland Rusiyanı Ukraynanın ərazi bütövlüyünə hörmət etməyə və Ukrayna ilə
sərhəddən bütün qoşunlarını təcili geri çəkməyə çağırıb. Ollandın fikrincə, bu, regionda gərginliyin azalmasına gətirərdi.
sərhəddən bütün qoşunlarını təcili geri çəkməyə çağırıb. Ollandın fikrincə, bu, regionda gərginliyin azalmasına gətirərdi.Musavat.com-un xarici informasiya qaynağına istinadən verdiyi xəbərə görə, bu haqda o, Marseldə 2-ci Dünya müharibəsində ikinci cəbhənin açılmasının 70-ci ildönümü ilə bağlı keçirilən tədbirdəki çıxışı zamanı söyləyib.
“Sizinlə danışırkən Ukraynanın şərq sərhədlərində böyük gərginlik yaşanır. Mən Rusiyanı ilk növbədə Ukraynanın ərazi bütövlüyünə hörmət eləməyə çağırıram. Bundan əlavə, hər iki ölkənin liderlərinə qarşıdurmanı səngitmək üçün səylər göstərmək vacibdir”, – deyə Frannsa lideri qeyd edib.
Xatırladaq ki, Rusiya zirehli texnikasının artıq dünəndən Ukrayna ərazisinə daxil olması haqda xəbərlər yayılıb. Rəsmi Moskva isə müdaxilə faktlarını təkzib edir.



