"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Ölüm maşını” sayılan “Bordo berelilər” kimdir?

11 Sentyabr 2015 - 21:58
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Ölüm maşını” sayılan “Bordo berelilər” kimdir?
Türkiyənin Hakkari vilayətinin Dağlıca bölgəsində 16 hərbçinin ölümü ilə nəticələnən PKK hücumundan sonra bir tağım “bordo bereli”nin yoxa çıxdığı barədə xəbərlər yayıldı. Bir çoxları onların PKK-ya əsir düşdüyünü düşünməyə başladı.  Amma bu gün əsl həqiqət ortaya çıxdı.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, yoxa çıxdığı deyilən 12 nəfərlik “bordo bereli” tağımı PKK-nın Dağlıca hücumundan sonra telsizlərini bağlayaraq terror təşkilatı ilə döyüşə başlayıb.
“Bordo berelilər” PKK ilə döyüşdə 73 terrorçunu məhv edib, 25-i isə sağ ələ keçirilib. Deyilənə görə, “geri dön” əmrinin almaması üçün telsizləri bağlayan “bordo berelilər”dən bir nəfərinin belə burnu qanamayıb.
“Bordo berelilər” kimlərdir?
Dünya ordularının gücünü bir çox hallarda mobil qruplar şəklində olan xüsusi təyinatlı qüvvələr müəyyən edir. Xüsusi təyinatlı qüvvələrin peşəkarlığı istər müharibələrdə, istərsə də xüsusi əməliyyatlarda böyük əhəmiyyət kəsb edir.
Xüsusi Qüvvələr Komandirliyi, yaxud da “bordo berelilər” (xalq arasında belə adlanır) daxili və xarici təhdidlərin aradan qaldırılması üçün hər cür coğrafi və iqlim şərtlərində qarşıya qoyulan vəzifələri yerinə yetirən, xüsusi olaraq yetişdirilən xüsusi birliklərə verilən addır. “Bordo berelilər” 1992-ci ildə Briqada səviyyəsində qurulub. “Bordo berelilər” birbaşa Türkiyə Silahlı Qüvvələri Baş qərargah başçılığına tabe olaraq vəzifələrini yerinə yetirir. “Bordo berelilər” eyni zamanda yüksək vəzifəli dövlət rəsmilərinin də mühafizəsini təşkil edirlər. Onların kimliyi gizli saxlanılır.
Hansı hazırlıq mərhələlərindən keçirlər?
“Bordo berelilər” bütün döyüş taktikalarına yiyələnir və demək olar ki, bütün silah növlərindən istifadə etməyi öyrənirlər. Onlar təxminən 3-4 il müddət davam edən ağır təlimlərdən keçir, təxminən 70-80 sınaqla üzləşirlər.
“Bordo berelilər”in əsas xüsusiyyətləri aşağıdakılardır:
– Könüllülük əsasında seçilirlər
– Ölkə daxilində 72 həftəlik ilkin kurslarda iştirak edirlər
– Daha sonra ixtisas sahəsinə görə, 10-52 həftə davam edən ölkə daxilində və xaricdə ixtisas təhsili alırlar
“Bordo berelilər” ilkin kurslarda əlbəyaxa döyüş, uzaq məsafəli kəşfiyyat patrulu və düşmən tərəfinə sızma kimi təlimlərdə iştirak edirlər. İxtisas kurslarında isə düşmənin silah və sursatların məhv edilməsi, yüngül və ağır silahlar üzrə mütəxəssislik, kəşfiyyat mütəxəssisliyi, xəbərləşmə kursları və psixoloji hərəkat kurslarından keçirlər. Bütün ixtisaslara yiyələnən “bordo berelilər” yaxşı paraşütçü olur və müxtəlif xarici dillərdə danışa bilirlər.
Yanında anasının başını kəssələr belə…
“Bordo berelilər” illərlə PKK və bir çox terror təşkilatına qan uddurur. PKK-nın mağaralarından birindəki yazı da onların terror təşkilatı üçün necə qorxulu olduğunu göstərir.
“Əgər bir əsgər sizi gördüyü zaman dayanmadan atəş açırsa, bilin ki, o, təcrübəsizdir. Gülləsinin qurtarmasını gözləyin. Gülləsi qurtaranda gedin və başından vurun. Əgər sizi yalnız gördüyü zaman atəş açırsa, gizləndiyiniz zaman atəşi saxlayırsa, o, bir komandodur. Qaçın və canınızı xilas edin. Əgər sizi gördüyü zaman ortadan yox olubsa və ətrafda səssizlik varsa, bilin ki o, “bordo bereli”dir. Sizi mütləq tapacaq”,- PKK-nın xəbərdarlığında deyilir.
Onlar dünya ölkələrinin xüsusi təyinatlı qüvvələri arasında keçirilən yarışlardan həmişə medallarla qayıdıblar. Dünyanın ən güclü xüsusi təyinatlılarından biri hesab olunan “bordo berelilər” hətta Birləşmiş Ştatların iki əsas anti-terror qrupundan biri sayılan “Delta Force”dən daha güclü hesab olunur. “Ölüm maşını” adlanan “bordo bereliler” NATO-nun 8 böyük ölkəsinin 26 müxtəlif xüsusi təyinatlı qrupları arasında keçirilən yarışda ABŞ-ın məşhur “Rangers” və “Delta Force” kimi xüsusi təyinatlıları belə geridə qoyaraq 4 dəfə ardıcıl birinci olublar. Sözügedən yarışlar məhz bunun üçün ləğv edilib.
Almaniya və Fransa kimi Avropanın bir çox ölkələri “boro berelilər”in təlimlərdə istifadə etdiyi üsullardan yararlanmaq üçün Türkiyəyə müraciət edirlər. Amma həmin ölkələrin xüsusi təyinatlılar “bordo berelilər”ə verilən təlimin yalnız 30 faizindən keçirlər.
“Bordo berelilər” üçün xüsusi əməliyyatlarda səssizlik və sürət ən əhəmiyyətli dəyərlərdir. Hərb dilində “K.loja” adlanan kilidi “Delta Force” da daxil olmaqla dünyanın ən güclü xüsusi təyinatlıları 10,13 saniyədə açdığı halda, “bordo berelilər” üçün maksimum 7 saniyə kifayət edir.
“Bordo berelilər”in tərkibinə daxil olmaq Türkiyə ordusundakı bir çox əsgərin arzusudur. Ancaq bu hamının bacara biləcəyi bir iş deyil. Yüksək fiziki hazırlıqdan əlavə psixoloji dözümlülük “bordo berelilər” üçün önəmli şərtdir. “Bordo berelilər” övladını, ata-anasını belə yox saya bilərlər, yanında ailəsinin üzvlərinin başlarını kəssələr belə bunu əhəmiyyətli hesab etməzlər. Komandirləri “məni vurun!” desələr ikinci əmri gözləmədən atəş açarlar. Bir sözlər, ən ağır şərtlər məhz “bordo berelilər” üçündür.
“Bordo berelilər”dən tarixi əməliyyatlar
“Çəkic əməliyyatı” “bordo berelilər”in iştirak etdiyi ən böyük əməliyyat sayılır. “Çəkic əməliyyatı” 1997-ci ilin may ayında başlayan və Türk Silahlı Qüvvələrinin Şimali İraqda PKK-ya qarşı həyata keçirdiyi əməliyyatdır. Əməliyyatda 200 minə yaxın hərbçi iştirak edib.
Heç şübhəsiz ki, PKK-nın lideri Abdulla Öcalanın Keniyadan tutularaq Türkiyəyə gətirilməsi “bordo berelilərin” şərəfli tarixində mühüm yer tutur. Bu hadisə 1999-cu il fevralın 6-da baş verib. PKK-nın liderlərindən olan Şemdin Sakık da Şimali İraqdan “bordo berelilər” tərəfindən gətirilib.
2011-ci ilin oktyabrında Türkiyə ordusunun 10 min əsgərlə Şimali İraqda PKK-ya qarşı keçirdiyi əməliyyatda “bordo berelilər” yaxından iştirak edib.
Şimali İraqda PKK-ya qarşı 2012-ci ilin noyabrında keçirilən quru əməliyyatlarda da “bordo berelilər” iştirak edib.
Suriyada yerləşən Süleyman Şah Türbəsinin Türkiyə sərhədlərinə yaxın əraziyə köçürülməsi isə “bordo beretlilər”in yaddaqalan əməliyyatlarındandır.  2015-ci ilin fevralında 38 “bordo bereli” Türkiyə sərhədindən 200 kilometr uzaqlıqda yerləşən Süleyman Şah Türbəsini cəmi 9 saat davam edən və çox gizli şəkildə həyata keçirilən əməliyyatla köçürə bildi.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Qoca qitənin adəti, və yaxud onlara olar, bizə yox

Next Post

Neftin ucuzlaşması davam edir

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Neftin ucuzlaşması davam edir

Bakıda yağış yağır - İstilər bitdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.