"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ombudsman 20 Yanvar faciəsi ilə bağlı bəyanat yaydı

19 Yanvar 2024 - 10:40
in SİYASƏT

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 1990-cı il 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar bəyanat yayıb.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az bəyanatın mətnini təqdim edir:

“Azərbaycanın şanlı tarixində həm faciəli, həm də qəhrəmanlıq səhifələrindən biri kimi silinməz iz buraxmış 20 Yanvar hadisələrindən 34 il ötür.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya daxil olmuş sovet qoşunları Ermənistanın təcavüzkar siyasətinin keçmiş SSRİ rəhbərliyi tərəfindən açıq dəstəklənməsinə etiraz edən dinc əhaliyə qarşı amansız qırğınlar törətmişdir.

İnsanlıq əleyhinə törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə yazılmış bu terror aktı nəticəsində Bakıda və Azərbaycanın bir neçə rayonunda qadınlar, uşaqlar və qocalar da daxil olmaqla 150 nəfər dinc sakin öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz olaraq həbs edilmişdir.

Ulu Öndər Heydər Əliyev hər zaman olduğu kimi, bu çətin gündə də xalqının yanında olmuş, insanlıq əleyhinə törədilmiş bu cinayətin dünyaya çatdırılması məqsədilə 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birgə ölkəmizin Moskva şəhərindəki nümayəndəliyində mətbuat konfransı keçirmiş, keçmiş SSRİ rəhbərliyini bu hərbi müdaxilə ilə bağlı pisləyən kəskin bəyanatla çıxış etmişdir. Hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən bu cinayətə siyasi-hüquqi münasibət bildirilmiş, 20 yanvar tarixi Ümumxalq Hüzn Günü elan olunmuşdur.

Mülki əhaliyə, o cümlədən qadınlara, uşaqlara və qocalara qarşı xüsusi qəddarlıqla törədilmiş bu hərbi təcavüz nəticəsində beynəlxalq hüququn insan hüquq və azadlıqlarına hörmət olunması prinsipi, eləcə də Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın və digər beynəlxalq hüquqi sənədlərin müddəaları kobud şəkildə pozulmuşdur.

Beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə dəfələrlə müraciətlər edilməsinə baxmayaraq, insanlıq əleyhinə törədilmiş bu cinayətə hələ də hüquqi qiymət verilməmiş, bu qanlı cinayəti törətmiş şəxslər məsuliyyətə cəlb edilməmişlər.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, beynəlxalq təşkilatları dinc əhaliyə qarşı törədilmiş və insan hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmiş bu amansız cinayətə hüquqi qiymət verməyə, təqsirkar şəxslərin ədalət mühakiməsi qarşısında cavab vermələri məqsədilə qətiyyətli addımlar atmağa çağırıram”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

ABŞ Ukrayna xalqını ölü elan adlandırdı

Next Post

ABŞ Trampı əfv edəcəyinə söz verdi

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
ABŞ  Trampı əfv edəcəyinə söz verdi

ABŞ Trampı əfv edəcəyinə söz verdi

Xankəndidə seçki məntəqəsi yaradılıb

Xankəndidə seçki məntəqəsi yaradılıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.