"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ombudsman: ABŞ Dövlət Departamentinin hesabatı həqiqəti əks etdirmir

18 May 2023 - 17:33
in SİYASƏT

“ABŞ Dövlət Departamentinin növbəti illik hesabatında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyəti ilə bağlı vətəndaş cəmiyyəti adı altında ünvanı və adı bilinməyən “QHT”-lərin fikri olaraq əks olunmuş məlumatlar qərəzli və həqiqəti əks etdirmədiyindən bəzi məsələlərə aydınlıq gətirmək istərdik”.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, bu barədə Ombudsman Səbinə Əliyevanın müraciətində bildirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tutulmuş və ya həbs edilmiş şəxslərin Ombudsmana ünvanlanan təklifləri, ərizələri və şikayətləri təxirə salınmadan, senzuradan keçirilmədən aidiyyəti üzrə göndərilir:

“Ombudsman bu məsələni hər zaman diqqətdə saxlayır və saxlanılan şəxslərin senzurasız yazışmalarını daim monitorinq edir.

Ümumilikdə isə fəaliyyət çərçivəsində hər hansı bir fərq qoymadan bütün şəxslərin Ombudsmana müraciətləri araşdırılır, icraat aparılır və hər bir müraciətə vaxtında cavablar verilir. Həmçinin Ombudsmanın 916 Çağrı Mərkəzi şikayətlərin dərhal və effektiv araşdırılması baxımından pandemiya, eləcə də ondan sonrakı dövrdə uğurlu və işlək mexanizm olaraq fəaliyyət göstərir. Saxlanılan şəxslərin onların müdafiəçiləri və ailə üzvləri üçün müraciətləri ödənişsiz və 7/24 əlçatandır.

Bu baxımdan qeyd etməliyik ki, vəkillərin müdafiə etdikləri şəxslərlə görüşlərinə maneə yaradılması ehtimalı ilə bağlı müraciətləri bütün hallarda təmin olunmuşdur.

Ombudsman və onun Milli Preventiv Qrupunun üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq edilmədən saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi 250-dək müəssisəyə plan üzrə və plandankənar olmaqla başçəkmələr həyata keçirilir. Yüzlərlə saxlanılan şəxs fərdi qəbul olunur, eləcə də kollektiv görüşlər, maarifləndirmə tədbirləri keçirilir. Başçəkmələr saxlanılan şəxslərin özlərinin, müdafiəçilərinin və ya ailə üzvlərinin müraciətlərinə, habelə KİV-də, sosial şəbəkələrdə gedən informasiyalara Ombudsmanın çevik reaksiyası əsasında həyata keçirilir.

Barələrində müvafiq məhkəmə qərarları olan və kütləvi informasiya vasitələrində məlumat yayılmış şəxslər də dəfələrlə Ombudsman və onun Milli Preventiv Qrupunun üzvləri tərəfindən qəbul olunmuş, müraciətləri müvafiq qurumlar qarşısında qaldırılmış və təmin edilmişdir. Həmin şəxslər göstərilən köməkliyə və hüquqlarını diqqətdə saxladığına görə Ombudsmana təşəkkürünü bildirmişlər. Eləcə də vəkillər hüquqlarını müdafiə etdiyi şəxslərin hüquqlarının təmini üçün Ombudsmana müraciətlərinin daim müsbət həll edilməsi ilə bağlı göstərdiyi köməkliyə görə öz təşəkkürlərini bildirmişlər.

Preventiv başçəkmələr vətəndaş cəmiyyəti nümayəndələrinin də cəlb edilməsi ilə müstəqil şəkildə aparılır. Bütün bu məlumatlara dair mətbuat açıqlamaları verilir, başçəkmələrin nəticələri Ombudsmanın İllik məruzələrində və MPM hesabatlarında geniş təsvir olunmaqla rəsmi internet saytı üzərindən geniş ictimaiyyətə təqdim edilir.

Hətta Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkə Ombudsmanına ünvanladığı müraciətlərdə adı çəkilən şəxslərin də hər biri Milli Preventiv Qrupunun üzvləri tərəfindən başçəkmə keçirdikləri müəssisələrdə qəbul edilir, müraciətləri dinlənilir, rəftar və saxlanma şəraitləri araşdırılır. Digər qurumlara münasibətdə də Ombudsman əməkdaşlığın əhəmiyyətini təşviq edir.

Qeyd olunanları nəzərə alaraq, qısa şəkildə əsaslandırılmış məlumatları təqdim etməklə, ABŞ Dövlət Departamentinin hesabatında Ombudsmanın fəaliyyəti ilə bağlı yer alan qeydlərin əsassız olduğunu, hər hansı bir problemin həllinə xidmət etmədiyini bildiririk”.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Lukaşenko: “Rusiya Ukrayna ilə xoşagəlməz müqavilə imzalamağa hazır idi”

Next Post

Rosatom-a qarşı rəsmi sanksiyalar tətbiq etməkdən imtina edib

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Rosatom-a qarşı rəsmi sanksiyalar tətbiq etməkdən imtina edib

Rosatom-a qarşı rəsmi sanksiyalar tətbiq etməkdən imtina edib

BVF iyunun sonunda Bakı ofisini bağlayacaq

BVF iyunun sonunda Bakı ofisini bağlayacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.