"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Ondan niyə bu qədər adamın həbs edildiyini soruşdum”

25 Sentyabr 2014 - 10:30
in Banner, GÜNDƏM, MÖVQE

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Anne Brasseur sentyabrın 21-dən 79933Bakıda səfərdədir. Elchi.az xəbər verir ki, səfərinin nəticəsi haqda Bakıda keçirdiyi mətbuat konfransında o, AzadlıqRadiosunun suallarını da cavablandırıb:

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

– Prezident İlham Əliyevlə siyasi məhbuslar, özəlliklə son həbslər məsələsi müzakirə etdinizmi? Müzakirələrinin nəticəsi varmı? Onların azadlığı gözlənilə bilərmi?

– Əlbəttə, mən prezident İlham Əliyevlə son həbsləri müzakirə etdim. Ondan avqust ayında niyə bu qədər çox adamın həbs edildiyini soruşdum. Cavab belə oldu ki, bu həbslər bir cinayət işi üzrə bir şahidin verdiyi məlumatlar əsasında baş verib. Həmin məlumatlarda söhbət vətənə xəyanətdən gedir. Bu məsələni ədliyyə naziri və baş prokurorla söhbətlərdə də qaldırdım. Mənə bildirildi ki, bu həbslər cinayət-prosessual məcəllənin müddəalarına uyğun aparılıb və hansısa qanun pozuntusuna yol verilməyib.

– İstər son aylar, istər də bundan öncə həbs olunanların azadlığa buraxılması gözlənilə bilərmi?

– Təəssüflər olsun ki, mən o qədər də nikbin deyiləm bu məsələdə.

– Bəs, həbslərin davamı ola bilərmi?

– Mən bu haqda nəsə deyə bilmərəm. Ümid edirəm ki, olmaz. Avropa Şurası ölkədəki siyasi məhbus probleminin həlli üçün nə edə bilər? Bunun hüquqi yolu odur ki, Avropa İnsan Haqları Məhkəməsi bu həbsləri qanunsuz olmasını tanısın. Siyasi yolu isə odur ki, Avropa İnsan Haqları Məhkəməsinin qərarının icrasına parlament nəzarət edilə bilər.

– Sizə deyildiyi kimi, bu həbslər hansısa cinayət işində bir şahidin verdiyi məlumat əsasında aparılıb. Bir az konkretləşdirsək, söhbət hansı məlumatlardan gedir?

– Mən bu sualı cavablandıra bilməyəcəyəm. Ona görə yox ki mən bu suala cavab vermək istəmirəm. Ona görə ki, bu sualın cavabını mən də bilmirəm.

– Azərbaycan may ayından Avropa Şurası Nazirlər Komitəsinə sədrliyə başlayıb. Sədrlik müddətində ölkənin ən tanınmış insan hüquq müdafiəçiləri, hüquqşünasları, jurnalist və fəallar həbs olunub. Azərbaycanın sədrliyi ərəfəsində bu həbslərin olması təsadüfdür, ya zərurət?

– Ümid edirəm ki, bu həbslərin sədrliklə hər hansı əlaqəsi yoxdur. Çünki belə olan halda hakimiyyət tam şəkildə nümayiş edirmiş olardı ki, Avropa Şurasının standartlarına uyğun olmayan addımlar atır. İnanın mənə. Mən keçirdiyim bütün görüşlərdə nəyə görə son aylar bu qədər kütləvi həbslərin olmasını soruşmuşam. Hər dəfə də mənə eyni cavab verilib ki, bir cinayət işində adı keçən şahidin verdiyi məlumat əsasında olub bu həbslər.

– İstintaq altında olanlarla görüş imkanınız yoxdur. Amma onların saxlanma şəraiti, vəziyyətlərini hansısa formada nəzarət imkanı varmı? Məsələn, Leyla Yunusun vəkilləri onun döyülməsi, təcridxanada işgəncələrə məruz qalması ilə bağlı məlumat yayıblar. Onların durumunu necə nəzarətdə saxlayırsınız?

– Avropa Şurasının lazımi saxlanma şəraiti ilə bağlı öhdəliyinə bütün üzv dövlətlər, eləcə də Azərbaycan əməl etməlidir. Avropa Şurasının saxlanma şəraitini yoxlamaq üçün hansısa imkanları var? Bu nəzarəti Avropa Şurasının insan hüquqları üzrə komissarı və işgəncələr əleyhinə komitə həyata keçirir. Mən hakim deyiləm və burada hansısa qərar verə bilmərəm. Amma Leyla Yunusa qarşı həqiqətən belə bir hallar baş veribsə, hakimiyyət bu məsələnin hərtərəfli araşdırılması üçün tədbir görməlidir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rusiya Ukraynadan üzr istəyəcək

Next Post

İsrail səfiri “İran” demədi, amma işarə etdi…

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Next Post

İsrail səfiri "İran" demədi, amma işarə etdi...

Jirinovski: “Bakıya gedəcəm”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.