"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Onlar əfv ərizəsi yazdılar, amma həbsdə qaldılar…

31 Mart 2016 - 10:43
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

  Onlar əfv ərizəsi yazdılar, amma həbsdə qaldılar...

İlkin Rüstəmzadə və Əbdül Əbilovun azad edilməməsi müzakirələrə səbəb oldu; Nurcahan Əbilov: “Oğlumu nə üçün buraxmadılar?”

Martın 17-də ölkə başçısının imzaladığı əfv sərəncamından iki həftə ötür. Novruz əfvi ilə azadlığa çıxan siyasi məhbuslarla hazırda nə işlə məşğul olmaları, fəaliyyətlərini davam etdirib-etdirməmələri, azadlığa adaptasiya proseslərinin necə getdiyi barədə söhbət etdik. 
 
İnsan Haqları Klubunun sədri, hüquq müdafiəçisi Rəsul Cəfərov azadlığa alışma prosesində çətinlik yaşamadığını qeyd etdi: “Adaptasiyam normal şəkildə davam edir. Hesab edirəm ki, bununla bağlı xüsusi çətinliyim olmadı və olmayacaq. Sadəcə olaraq, müayinə lazım olacaqsa, müalicə məsələləri aktualdır. Düşünürəm ki, yaxın 1 ayda bu prosedurları keçəcəm. Fəaliyyətimlə bağlı artıq bir neçə dəfə qeyd etmişəm ki, özümü bundan sonra da hüquq müdafiə fəaliyyətində görürəm. Düşünürəm ki, bu, ölkəmiz və cəmiyyətimiz üçün zəruri fəaliyyət olacaq. Ümid edirəm ki, vətəndaş cəmiyyəti institutlari kimi fəaliyyətimizə tam şərait yaradilacaq, mürtəce qanunlar ləğv olunacaq”.
 
Keçmiş vicdan məhbusu rəhbəri olduğu təşkilatın fəaliyyətinin bərpası barədə düşünmədiyini də qeyd etdi: “İnsan Hüquqlari Klubunun qeydiyyatı ilə bağlı məsələ hazırda Avropa Məhkəməsinin icraatindadir. Qərar verilənə qədər bu təşkilatın bərpası haqqında düşünmürük. Gözləyək görək, Avropa Məhkəməsi hansı qərarı çıxaracaq. Ona uyğun addımlarımızı atacağıq. Çox ümid edirik ki, qərar çıxana kimi Azərbaycanda QHT-lərin qeydiyyati sadələşdiriləcək. Qərar çıxana kimi fəaliyyətimi ya fərdi qaydada, ya da yeni təşkilatda davam etdirməyim mümkündür. Yenə də vətəndaş cəmiyyətinə münasibətdə hakimiyyətin siyasi iradəsindən çox şey asılıdır”.
Nemət Pənahlı azadlıqda - FOTOLAR
 
Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı azadlığa çıxdığı müddət ərzində evinə gələn qonaqları qarşılamaqla məşğul olduğunu söylədi: “Hələlik qonaqları qəbul edirəm. Evdə müəyyən problemlər də var. Səhhətim də normal deyil. Oğlumun səhhətinin pisləşməsi ilə bağlı iki dəfə xəstəxanaya getmişəm. Başqa ciddi işlərlə məşğul olmağa imkanım hələ ki yoxdur. Bütün həyatımı siyasətə həsr etdiyim bəllidir. Son 5 ildə informasiyalardan təcrid vəziyyətində qalmışam. Siyasi yöndə kimin nə düşündüyünü, nələrin baş verdiyini dəqiqliyi ilə bilmirəm. Əsas real vəziyyəti dəyərləndirməyim lazımdır. Siyasi kursum bəllidir. Sadəcə, kimlərlə hərəkət etməyimi müəyyən etməliyəm. Mən həbsə düşəndə 50-60 partiya var idi. İndi öyrənirəm ki, artıq siyasi partiyaların sayı 130-u keçib. Təbii ki, yalnız qeydiyyatdan keçənləri nəzərdə tutmuram. Fürsətdən istifadə edib bir daha deyirəm ki, mənim üçün ölkəmdə iki partiya var. ”Milli satqınlar” və “mili vətənpərvərlər” partiyası. Bu cür qüvvələr hər yerdə var. Mənim siyasi mənsubiyyətimin necə olmasının önəmi yoxdur. İnsanın xalqına nə qədər maraqlı olduğu mənim üçün əsasdır. Bu cür şəxslər harada olmalarından asılı olmayaraq silahdaşlarımdır”.
NİDA-çı gənc Rəşadət Axundov azadlığa çıxdığı müddət ərzində yalnız görüşlərdə olduğunu bildirdi:“Çoxsaylı ziyarətlər olur. Adaptasiya prosesi yavaş-yavaş gedir. Gələcək planlarımla bağlı, açığı, hələlik heç nə yoxdur. Müalicə olunmaq üçün böyük ehtimalla xaricə gedəcəm. Bu müddət uzun və qısa ola bilər. Yenə də NİDA-dayam, NİDA-nın üzvüyəm. Belə də qalacam. Həbs ediləndə təşkilatın idarə heyətinin üzvü idim. Amma indi idarə heyətinin üzvü deyiləm, yəni rəhbərliyə daxil deyiləm. Amma təşkilatın hər birinə qərarına tabe olan insanam. Təşkilatın bütün fəaliyyətində iştirak edəcəm”.
 
“Tolışi Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədov azadlığa adaptasiya olunma prosesinin ağır keçdiyini bildirdi: “4 ilə yaxın (3 il 9 aylıq) ayrılıqdan sonra, ötən bu günlər əsasən qohum-əqrəba, dost-tanış və həmkarlarımızla görüşlərə həsr olunub və hələ də davam etməkdədir. Amma fürsət tapıb, həbsdəki günlərdə bizə dəstək olan, məhbəsdə qələmə aldığımız yazılarımızı dərc etdirən və ya digər əziyyətlərimizi çəkənlərin bu və digər fəaliyyətlərini nəzərdən keçirdirik ki, bir daha onlara minnətdarlığımızı ifadə etməyi unutmayaq. Əlbəttə, uzun müddət ayrılıqdan sonra bu və ya digər yerə adaptasiya prosesi heç də rahatlıqla deyil, bir qədər çətinlik və yorğunluqla başa gəlsə də, səbir və təmkinlə bunu da yaşamağa borcluyuq. Gələcək fəaliyyətimə gəldikdə isə pedaqoji fəaliyyətimi bərpa etməklə yanaşı, ölkəmizdə hüquqi, demokratik və azad bir cəmiyyətin və dövlətin bərqərar olması naminə sülhməramlı ictimai-siyasi missiyamızı da davam etdirmək niyyətindəyik”.
Qeyd edək ki, Novruz əfvində prezidentə müraciət ünvanlayan siyasilərdən hamısının azad olunacağı gözlənilsə də, məlum olmayan səbəblərdən onlardan 6 nəfəri həbsxana ilə vidalaşdı. Hazırda əfv yazmalarına baxmayaraq, NİDA-çı gənclərdən İlkin Rüstəmzadə və Əbdül Əbilov hələ də siyasi məhbus həyatı yaşamaqda davam edirlər. Hər iki gəncin azad edilməmə müəmması əfv sərəncamı ətrafında  əsas müzakirə mövzularından biri olub.
Ə.Əbilovun anası Nurcahan Əbilova sözlərinin artıq tükəndiyini bildirdi: “Siz yaxşı bilirsiniz ki, mən necə həyəcan keçirdim. Amma oğlum yenə də həbsdə qaldı. Martın 25-də onunla görüşdüm. O da təəccüb edir ki, məni niyə buraxmadılar. Hələ də çox əsəbi və gərgindir. Hələ də fikirləşirəm, oğlumu nə üçün buraxmadılar? Əbdül mənə dedi ki, mənim üçün də çox qaranlıq qaldı, axı niyə azad olunmadım. Azadlığa çıxacağına çox inanırdı. Saxlanma şəraiti, səhhəti normaldır. Sadəcə, əfvə görə əsəbi olub. Qabaqkına nisbətən çox sınıxıb”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Prezident ABŞ-da mühüm görüşlər keçirdi – FOTOLAR

Next Post

Hakimiyyət yeni idarəçiliyə keçir – nələr olacaq…

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Hakimiyyət yeni idarəçiliyə keçir - nələr olacaq...

Səfirlik: ABŞ qondarma “DQR”nın müstəqilliyini tanımır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.