"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Onlar bizi doğmalarımızla cəzalandıracaq…

25 Avqust 2016 - 08:03
in KÖŞƏ YAZILARI

Gəncədə 17 yaşlı yeniyetmə qızın dünya tibbi üçün inanılmaz sayılacaq bir səbəbdən – narkozun düzgün verilməməsindən dünyasını dəyişməsi və buna bənzər bir-birinin ardınca baş verən hadisələr, pasientlərin həkim səhlənkarlığından ölüm hallarının artması ciddi narahatlıq doğurur. Cəmiyyətdə rezonans yaradan, ölkə səhiyyəsinə inamsızlıq doğuran bu cür səhlənkar, məsuliyyətsiz həkimlərin qarşısının alınması artıq günümüzün vacib probleminə çevrilib. Son illər bu problem niyə bu qədər şişib və hüquq bu problemin qarşısını necə almalıdır?

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

 

Əlbəttə, bu cür ölümlərin statistikasının artmasının əsas səbəbi demoqrafik artım deyil, savadsız və təcrübəsiz həkimlərin heç nədən çəkinməməsi və insanların həyatına qıyacaq risklərə getməsidir. Onlar ona görə “cəsarətlə” bu riski edir ki, bu cür ehtiyatsızlıqdan adam öldürən həkimlərin və onların çalışdıqları klinikaların məsuliyyəti qanunvericiliyimizdə tam müəyyənləşməyib. Avropa yurisdiksiyalarında klinikalar həkimin səhvinə görə maddi məsul hüquqi şəxs kimi məsuliyyətə cəlb edilirlər və ölənlərin yaxınlarına həddən artıq böyük (yüz min dollarla ölçülən) məbləğdə kompensasiyalar ödəyirlər. Bu cəza isə klinikaları müqavilə bağladıqları həkimləri daha ciddi araşdırmağa və daha peşəkarlarla işləməyə sövq edir.

 

Həkimlərin də maddi məsuliyyəti ilə bərabər, cinayət məsuliyyətinin artırılmasına zəruri ehtiyac yaranıb, çünki başqa cür bu ölüm hallarının qarşısını almaqda hüquq çarəsizdir. Hazırda Azərbaycan Cinayət Məcəlləsindəki 124-cü maddə (ehtiyatsızlıqdan insan ölümünə səbəb olma) təqsirli həkimlərə ədalətli cəza nəzərdə tutmur. Həmin maddənin 1-ci bəndinə görə, bir insanı ehtiyatsizliqdan öldürmə çox yüngül cəzalarla (cərimə, şərti cəza və ən ağırlaşdırıcı halda, üç ilədək azadlıqdan məhrumetmə ilə) cəzalandırılır. Müqayisə üçün qeyd etmək istəyirəm ki, bir maşın sürücüsü bir şəxsin ölümünə səbəb olarsa, onun cəzası daha ağırdır – 2 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Halbuki sürücünün təqsiri daha ani və qısadır; həkimin isə daha uzun düşünmə imkanı vardır.

 

CM-in 124-cü maddəsinin əskik tərəfi də budur – həkim səhvinin dərəcəsini nəzərə almadan, ağır ehtiyatsızlıq formalarında belə 3 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulur. Halbuki bu maddənin də ədalətli cəza hissəsi, CM 263.2-də olduğu kimi, azı 2 ildən başlamalı idi.

 

Sual oluna bilər ki, bəzən valideyinlər ehtiyatsızlıqdan övladların ölümünə səbəb olurlar; onsuz da yıxılmış valideyn üçün ayrıca azadliqdan məhrumetmə cəzasının verilməsi qeyri-insanı olmazmı?

 

Unudulmamalıdır ki, belə hallarda məhkəmə şərti cəzadan istifadə edəcək.

 

Səhlənkar həkimlərin adekvat cəzalanması üçün hüquqi baza yaratmasaq, bu cür həkimlər doğmalarımızı öldürməklə bizi cəzalandırmağa davam edəcəklər.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bu kəşf yanacağı xeyli ucuzlaşdıracaq

Next Post

`ABŞ Güləni ən azı həbs etməlidir` – Ərdoğan

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

`ABŞ Güləni ən azı həbs etməlidir` - Ərdoğan

Qüdrət Həsənquliyev: “Əli Həsənov tədbirdə onların üzünə dedi ki, artıq əndazəni aşmısınız” -MÜSAHİBƏ

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.