İsrailin Fələstinə hücumu ailələrin hər gün parçalanmasına səbəb olur. Ailələr bir-bir azalır və güclə sağ qalırlar.
Elchi.az bu barədə “Haber 7”yə istinadən xəbər verir.
İsrail daha bir ailəni məhv etdi. İsrail Qəzzadan zorla təxliyə etdiyi insanlara təhlükəsiz bölgələrə gedərkən onlara hücum edir. Ailəsi ilə birlikdə İsrailin göstərdiyi əkinçilik sahəsinə gedən kişi, özləri üçün qurduqları çadırlarda raketlərlə üz-üzə gəlib. İsrail mərmilərlə günahsız vətəndaşlara hücum edib. Ailənin bir çox üzvü şəhid olub. İsrail uşaqları və qocaları öldürməyə davam edir.
Nuranə Məmmədova






