"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Onlar Putinə qarşı “ABŞ Jirinovskisini” çıxartdı

10 Noyabr 2016 - 09:51
in XƏBƏR LENTİ

Amerikalılar Putin kimilərin qarşısına ABŞ-ın Jirinovskisini çıxarmaqla gücü tarazlaşdırmaq yolunu seçdilər.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Bunu hüquqşünas Ələsgər Məmmədli Donald Trampın ABŞ prezidenti seçilməsinə münasibət bildirərkən deyib. Ekspertin sözlərinə görə, Respublikaçıların qələbəsi əslində gözlənilən idi:

 

“Bu gün səhər ABŞ seçkilərinin ilkin nəticələri açıqlandı. Bir çoxları üçün nəticə sürpriz oldu. Bəlkə də bu nəticə ona görə sürpriz kimi qarşılandı ki, Trampın davranışları, nifrətli çıxışı, yapısı bir çoxunda ciddi bir siyasətçi obrazı canlandırmırdı. Gözləntilər bu baxımdan Klintondan yana idi. Əslində, daha dərindən təhlil edildiyində, nəticədə bir qanunauyğunluq olduğunu görmək olar. Bu seçkidə sadəcə Tramp prezident seçilmədi, Konqresdə üstünlüyü qazanmaq üçün lazım olan 218 yerin əvəzinə respublikaçılar 238 yer qazandılar və ilkin nəticəyə görə, demokratlardan 47 çox yer əldə etdilər. Senatda da 51 yeri götürərək orda da üstünlük əldə etdilər.

 

Respublikaçıların Konqresdə və Senatda da üstünlük əldə etmələri göstərir ki, məsələ sadəcə Trampla bağlı deyil. AB ölkələrində, Rusiyada, Türkiyədə müşahidə edilən solun, liberalların enişi, mühafizəkarların, millətçilərin yüksəlişi prosesi ABŞ-da da seçkilərin nəticələrinə təsir edib”.

 

Ekspertin sözlərinə görə, ABŞ toplumunun 1992-ci ildən siyasətdə olan xanım Klintondan gözləntiləri tükəndiyindən Tramp qalib gələ bilib:

 

“Digər tərəfdən, bu nəticəni sadəcə iki namizədin performansı ilə qiymətləndirmək doğru olmaz. Beynəlxalq mühitdə son illər getdikcə artan terror təhdidi, Yaxın Şərqdəki müharibələr, insanlıq dramı və onun yaratdığı miqrant krizisi bütün ölkələrdə demokratiyadan uzaqlaşma meylini artırıb. Anti-müsəlman axınlar, “müsəlman=terrorçu” yanaşması, yabancı düşmənçiliyi açıq şəkildə yüksəlib. Fransada, Türkiyədə fövqəladə rejim tətbiq edilib, qanunlarda, hüquq və azadlıqlarda daralmalar yaranıb. Belçika, Almaniya AB razılaşmalarından fərqli yeni yanaşmalara meylini artırıb. Rusiya Krımı, Şərqi Ukraynanı işğal edib, Ukraynanın bir hissəsini faktiki nəzarətə götürüb, Gürcüstan ərazisinin bir hissəsini dolayı işğal edib və öz pasportlarını orda yaşayanlara verib. Suriyada Əsəd rejiminə dayaq olmaq üçün sivillərin başına bomba yağdırmaqdan çəkinmir. Odur ki, amerikalılar Putin kimilərinin qarşısına ABŞ-ın Jirinovskisini çıxarmaqla gücü tarazlaşdırmaq yolunu seçdilər. Ayrıca, ABŞ-da gəlmələri aşağılayan, müsəlmanları potensial terrorist görən, latın mənşəliləri təcavüzçü adlandıran Tramp, əslində, “gerçək amerikalıların” ürəklərində saxlayıb, yüksək səslə demədiklərini ifadə edərək həmin təbəqənin səsi olmaqla onların gözləntilərini qarşıladı. Əksər amerikalıların gözü ilə dünya Böyük ABŞ və xeyli kiçik digərlərindən ibarətdir. Digərlərinə yuxarıdan aşağı baxış istisna deyil. Əlbəttə, Federal Tədqiqatlar Bürosunun səsvermədən qısa müddət öncə Klintonun şəxsi e-mailinin dövlət işlərində istifədəsinə dair istintaqın başlayacağını açıqlaması da xeyli seçicinin səsinə təsir etdiyi şübhəsizdir. Bu hadisəni təsadüf saymaq olmaz. Nəticələrin formalaşmasında əlbəttə amerikalıların dəyişim istəyinin də rolu var. 1992-ci ildən müxtəlif rollarda (först ledi, demokratların namizədi, dövlət katibi sifətləri ilə) gündəmdə olan Hillaridən gözləntilər tükənmiş ola bilər. Halbuki, amerikalılar fərqlilikləri sınamağı sevən bir toplum kimi Trampı sınama fürsətini yaxaladılar və bu fürsəti “qiymətləndirdilər”. Zaman bu qərarın doğru olub-olmadığını göstərəcək”.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

ABŞ-da Tramp əleyhinə aksiyada atışma: 5 yaralı- Yenilənib

Next Post

Azərbaycan cüdoçuları dünya reytinq cədvəlinə başçılıq edir

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Azərbaycan cüdoçuları dünya reytinq cədvəlinə başçılıq edir

`Hillari Klintonla fəxr edirəm` - Obama

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.