"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Onlar Qarabağ məsələsində mənə dəstək vermədilər – Deqati

08 Noyabr 2021 - 14:18
in CƏMİYYƏT

Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən, tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının qürur mənbəyinə çevrilən Vətən müharibəsində tarixi Zəfərin birinci ildönümüdür.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

1-ci və 2-ci Qarabağ müharibələrini yaxından izləyən dünya şöhrətli məşhur fotojurnalist Rza Deqati Trend-ə açıqlamasında hər iki müharibədə apardığı müşahidələrdən, gördüklərindən danışıb.

Məşhur fotojurnalist bildirib ki, Azərbaycanın işğal altında qalmış torpaqlarında 30 ilə yaxın mədəniyyət əsərlərinin məhv edilməsi onun daxilində hər zaman kədərə səbəb olub:

“Şanlı qələbə hamımızı daxilən, mənən gəncləşdirdi, başıuca etdi, istənilən planlarla bağlı insana ümid bəxş etdi. Ötən bir neçə yüz ildə bizim torpaqlar həmişə işğala məruz qalıb, torpaqlarımızı itirmişik. Son 200 ildə birinci dəfədir ki, biz öz ərazilərimizi işğaldan azad etdik və doğma torpaqlarımıza qayıda bildik”.

R.Deqati qeyd edib ki, 1-ci Qarabağ müharibəsi başlayanda artıq 12 il idi ki, fotojurnalist kimi fəaliyyət göstərirdi:

“Dünyanın bir çox yerində müharibələrin kadrlarını çəkmişdim. Çox təəssüflər olsun ki, müharibə başlayanda Azərbaycanda nə ordu, nə də silah-sursat var idi. Azərbaycanlı hərbçilərin əksəriyyəti könüllülər idi. Həmin dövrdə vahid siyasət də yox idi. Digər tərəfdən 1-ci Qarabağ müharibəsində ermənilər mülki əhali arasında qorxu yaratmaq üçün Xocalı soyqırımını törətdilər”.

Məşhur fotojurnalist deyib ki, bir il əvvəl əks-hücum əməliyyatlarının başladığı ilk günlərdə müharibənin bu səviyyədə olacağını təsəvvür etmirdi:

“Lakin sonradan məsələnin daha ciddi olduğunu anladım. Başqa ölkələrdəki bütün müqavilələrimi ləğv edərək və yaxud təxirə salaraq Azərbaycana yola düşdüm. Bu məqsədlə müstəqil fotojurnalistləri dəstəkləyən jurnallar və agentliklərlə əlaqə saxladım. Lakin onlar Qarabağ məsələsində mənə heç bir dəstək vermədilər. Halbuki digər ölkələrdə belə hadisələr olduqda, dərhal məni dəstəkləyirdilər. Çünki onlar sadəcə Ermənistan tərəfinin fikirlərini yaymaq niyyətində idilər”.

R.Deqati 2-ci Qarabağ müharibəsində ən mühüm faktın Şuşanın azad edilməsi olduğunu deyib:

“Azərbaycanlı əsgərlərin hansı yolla Şuşaya girdiklərini mənə deyəndə inana bilmirdim. Çünki mən Əfqanıstanda dağlarda müharibələri görmüşəm. Lakin Şuşaya məhz Azərbaycan əsgərlərinin getdiyi həmin yolla getmək mümkünsüz idi. Doğrudan da Şuşanın azad edilməsi böyük qəhrəmanlıq idi. Bunun haqqında filmlər çəkilməli, kitablar yazılmalıdır”.

O qeyd edib ki, fotojurnalistika sahəsində 40 illik təcrübəsi var:

“Bir çox müharibələri görmüşəm. Müharibələri idarə edən rəhbərlərlə söhbətlərim olub. Bir müharibə üçün 3 istiqamət lazımdır. Birincisi siyasətdir, yəni siyasi rəhbərlik müharibəni diplomatiya baxımından idarə etməlidir. İkincisi hərbi istiqamətdir: müharibənin gedişatı və planları hazırlanmalıdır. Üçüncü isə informasiya istiqamətidir, yəni məlumatların dünya səviyyəsində çatdırılmasına nail olmaq. İlk dəfə idi ki, 2-ci Qarabağ müharibəsində bir şəxs bu üç istiqamətin hamısını idarə edirdi. Bu şəxs Azərbaycan Prezidenti Cənab İlham Əliyev idi. Mən müharibə başlayan andan çıxışları izlədikcə bu qənaətdə idim ki, müharibə sonuna qədər davam edəcək və qələbə ilə başa çatacaq. Bu, belə də oldu”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Belarus və Rusiya müharibə başlatmayacaq – Korol

Next Post

Bu avtobusların hərəkət sxemi dəyişdirildi

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Bu avtobusların hərəkət sxemi dəyişdirildi

Bu avtobusların hərəkət sxemi dəyişdirildi

Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır – Zakir Həsənov

Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır - Zakir Həsənov

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.