“Azərbaycan ordusu Cəbrayıldan Xocavəndə qədər 40 km məsafədə erməni postlarını silib-süpürdü” – Erməni zabitdən sensasion etiraflar
“Dörd günlük” müharibə zamanı Azərbaycan qoşunları Xocavəndi azad edə bilib, ancaq əlində saxlaya bilməyib. Ermənilərin köməyinə köhnə T-72 tankları gəldi. Hal-hazırda ermənilərin vurulmuş tankları Qarabağ mövqelərinin dərinliyində yatır. Sağ çıxan tanklar isə döyüşlərin təkrar başlama ehtimalına qarşı atəşkəs xəttində gözləyir.
Avropa.info xəbər verir ki, bu haqda Rusiyanın RİA Novosti agentliyinin Qarabağdan hazırladığı reportajda bildirilir. RİA Novostiyə 1993-cü ildə ermənilərin Cəbrayıl rayonunu işğal etməsindən sonra erməni ordusundan tərxis edilən Qarabağ erməni batalyonunun “zampolit”i danışıb.
RİA Novostinin müxbiri deyir ki, bu ərazilər Cəbrayıl adlanır. Jurnalist xarabalıq kəndi göstərərək deyir ki, nə vaxtsa çiçəklənən bu kənddə azərbaycanlılar yaşayırdılar. Ancaq 90-cı illərdə kənd əldən-ələ keçdiyini görə sakinlər oranı tərk ediblər. Evlər artilleriya atəşi ilə dağıdılıb. İndi hətta bu kənddə ermənilər belə yaşamırlar.
İndi Cəbrayıl və ətraf kəndlər miskin görünüşə malikdir. Atılmış binaların xarabalıqları, kilometrlərlə ot və ağac basmış ərazi. Vaxtilə sakinlər bu evləri əsrlər boyu qalması üçün tiksə də, indi başqa atmosfer hökm sürür.
“Azərbaycanlıların silahları müasirdir. Çünki onlar silahı Rusiya, İsrail, Türkiyə, ABŞ, Belorus və Ukraynadan alır. Məsələn bu tank türk-israil tank əleyhinə raket sistemi ilə vurulub” – partlayış nəticəsində əsas hissədən 100 metr aralıya uçmuş tank başını göstərən zabit belə deyir.
Özü də raket pilotsuz təyyarənin köməyi ilə vurulub. Pilotsuz təyyarə tankın koordinatlarını verəndən sonra raket buraxılıb. Ermənilərin sözlərinə görə, özləri isə sovet dövründən qalma minaatan və “kalaşnikov”larla döyüşməyə məcburdurlar.
“Azərbaycan mövqeləri bizdən 400 metr aralıdır. Hətta buradan Azərbaycan bayrağı da görünür” tank batalyonunun “zampolit”i Artak belə deyir.
“Bizi güclü topa atəşi ilə vururdular. Belə şeyi mən 90-cı illərdə də görməmişəm. “Uraqan” və “Qrad” mərmiləri o qədər çox idi ki, göydən oxlar yağdırılan “300 spartalı” filmi yadıma düşürdü.” – Erməni “zampolit”in sözlərinə görə, azərbaycanlılar hücuma keçib Cəbrayıldan Xocavəndə qədər 40 km məsafədə erməni postlarını silib-süpürdü.
“Onlar səngər qazırlar, bizi görəndə qışqırırlar: “Salam, Vazgen!”. Biz də onlara əl yelləyirik. Atəşkəsdir!”-erməni “zampolit” əlavə edir.