"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Onlar yanğın zamanı “bizi buraxma” deyirdilər” – Narkoloji Mərkəzdə müalicə olunmuş şəxs

09 Noyabr 2018 - 14:28
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər – Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin təhlükəsizlik üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Rasim Hüseynov ifadə verib.

O bildirib ki, əvvəllər spirtli içki aludəçisi olduğu üçün Mərkəzdə müalicə alıb.

R.Hüseynov hadisə haqqında danışan zaman söyləyib ki, yanğın gecə saatlarında başlayıb: “Həmin vaxt dəhşətli mənzərə idi. Onlar ağlayan zaman deyirdilər ki, “Rasim, “bizi buraxma”. Biz də bu tərəfdə ağlayırdıq. Həmin vaxt çox çalışdım ki, dəmir barmaqlığı qırım, lakin gücüm çatmadı”.

Zərərçəkmiş qeyd edib ki, təqsirləndirilən M.Məmmədovu hələ birinci müalicə dövründən tanıyır: “Orada müalicə alan şəxslərin hamısı bilirdi ki, mən səhər saat 5-dən sonra yata bilmirdim. Yanğın baş verən gün də eyni vaxtda oyanıb palatadan dəhlizə çıxmışdım. Həmin vaxt 3-4 nəfər başqa adam da oyaq idi. Söhbət edirdik, bir də gördük dəhlizin o başından tüstü gəlir. Tez qaçdıq, sonra Nail girib palatadakı iki nəfəri sürüyüb çıxarmağa çalışdı. Mühafizəçi Amid də su dalınca getdi. Biz də qaçdıq bir-bir palataların qapılarını döyüb adamları oyatmağa. Onlar dərmanların təsirindən dərin yuxuya getmişdilər deyə ayıla bilmirdilər. Sanitar xəstələrin sinəsinin üstünə tullanırdı ki, onları oyatsın”.

R.Hüseynov ifadəsində vurğulayıb ki, palata yoldaşı da yanğında dünyasını dəyişib: “Elnur Qazaxdan idi, o, saz çalırdı. Həmin vaxt onu oyatdım, lakin çölə çıxanda Elnuru görmədim. Ona görə də geri qayıtdım. Tüstü çox olduğu üçün özüm də boğulurdum. Elə mən çıxandan iki dəqiqə sonra iynə-dərman olan otaq partladı. Yanğınsöndürənlər də suyu lap ortadan vurdular deyə dam çökdü”.

Məhkəmənin növbəti iclası dekabrın 4-nə təyin edilib.

Qeyd edək ki, bu il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Xatırladaq ki, Mərkəzin şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata verilib. O, daha sonra dünyasını dəyişib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İtaliyanın 11 əyalətində fövqəladə vəziyyət rejimi tətbiq edilib

Next Post

Azərbaycan şirkəti BƏƏ-də balıq formasında nəhəng bina tikə bilər

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Azərbaycan şirkəti BƏƏ-də balıq formasında nəhəng bina tikə bilər

Azərbaycan şirkəti BƏƏ-də balıq formasında nəhəng bina tikə bilər

Dünyanın ən sürətli qapıçısı Bakıya gəlir

Dünyanın ən sürətli qapıçısı Bakıya gəlir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.