"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

`Onları yalnız İlham Əliyev əfv edə bilər` – Azay Quliyev

29 Dekabr 2015 - 16:49
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Azərbaycan dövlətinə basqı və təzyiq etməklə nəyəsə nail olmaq mümkün deyil. Kimlərsə bunun əksini düşünürsə, ciddi şəkildə yanılır”.

Bu fikirləri  açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, millət vəkili Azay Quliyev bildirib.

A. Quliyev vurğulayıb ki, hər bir məhbus Azərbaycan dövlətinin ədalətinə və qayğısına etimad göstərməlidir: “Onları yalnız Azərbaycan dövləti, cənab prezident İlham Əliyev əfv edə bilər. Bu dəstəyi başqa yerdə axtaranda, nəticə heç də onların xeyrinə olmur. Azərbaycan Prezidenti həmişə çalışıb ki, vətəndaşlarına qarşı humanist addımlar atsın, məhkumları əfv edərək cəzalarının qalan hissəsindən onları azad etsin. Bu siyasət davamlı şəkildə olub. Dünən də bizi bunun şahidi olduq. Amma, kimsə məhbus məsələsini özünün siyasi maraqları üçün istifadə edirsə və bu məsələni alətə çevirirsə, bu yalnız həmin dairələrin maraqlarına xidmət edir. Yəni bunun heç bir halda adları hallandırılan məhbuslara faydası olmur.

Bəzən müxtəlif beynəlxalq qurumlar, şəxslər ölkədəki məhbusların dərhal azadlığa buraxılmasına çağırış edir. Bu isə məsələnin həll yolu deyil. Çünki, Azərbaycana təzyiq etməklə heç bir məhbusun azadlığa çıxmasına nail olunması mümkün deyil. Amma, təəssüflər olsun ki, bəzən xaricdən və daxildən olan yanlış müdaxilələr bir çox hallarda ümumi işə mənfi təsir edir. Bəzi siyahılarda adları keçən məhbusların özləri, onların yaxınları və hüquqlarını müdafiə edənlər də bilməlidirlər ki, dəstəyi xaricdən deyil, dövlətdən istəsələr bu ilk növbədə onların da marağına uyğun olar. Biz özümüz istənilən ağrılı və mübahisəli məsələləri ölkənin daxilində dialoq və anlaşma yolu ilə həll etmək iqtidarında olmalıyıq. Kənar şəxslərin və təşkilatların yersiz müdaxiləsi isə bu dialoqu zədələməyə hesablanıb. Bu reallığı hamı qəbul etsə, yaxşı olar”, – deyə A. Quliyev bildirib.

Əfv Komissiyasının üzvü, “Azadlıq” qəzetində özü ilə bağlı gedən yazıya da münasibət bildirib: “Təəsüflər olsun ki, “Azadlıq” qəzetinin mənə qarşı olan qərəzli mövqeyi hələ də davam edir. Bu dəfə də “Azadlıq” qəzeti məsələlərə həm qərəzli yanaşıb, həm də onu təhrif edib. Çünki, hər hansı bir jurnalist, hüquq müdafiə təşkilatı, Əfv Komissiyasında hansısa şəxslərin adlarının müzakirə olunmasını, onlar haqqında necə qərar qəbul edildiyini və ya kimlərin əfv olunacağını deyə bilməz. Ona görə də qəzetin əvvəlcədən heç kimə bəlli olmayan əfv olunacaq şəxslərin siyahısının dəyişdirilməsini əsassız olaraq iddia etməsi siyasi məqsəd daşıyır və ictimaiyyəti çaşdırmağa yönəlib”.

A. Quliyev qeyd edib ki, “Cənab prezident heç bir halda əfv komissiyasının təqdim etdiyi siyahıdan kimlərisə çıxarmır, əksinə əlavələr edir” haqqında söylədiyim fikri bir daha təsdiq edirəm. Lakin “Azadlıq” qəzeti bilərəkdən bu ifadəni özü bildiyi kimi şərh edib və “insan haqları üzrə işçi qrupu” ilə Prezident yanında əfv komissiyasını səhv təqdim edib. Belə ki, məhbusların əfv haqqında müraciətlərini yalnız əfv komissiyası əsasnaməsinə uyğun olaraq araşdırıb tövsiyə xarakterli qərar qəbul etmək səlahiyyətinə malikdir. Hüquq müdafiə təşkilatları isə istənilən məhbus haqqında təkliflə çıxış edə və onları narahat edən məsələlərin həlli ilə əlaqədar təşəbbüs irəli sürə bilərlər. Bizim bu sahədə normal əməkdaşlıq təcrübəmiz var. Burada hər hansı bir şübhəli məqam axtarmağa və siyasi manipulyasiyaya yol verməyə dəyməz. Bir də niyə bu adamlar 210 nəfər şəxsin əfv olunaraq ailəsinə qovuşmasına bu qədər etinasız yanaşır və bu mühüm qərarı görməzlikdən gəlirlər? Görünür, bunları heç də vətəndaşların hüquqları deyil, aid olduqları dairələrin siyasi maraqları daha çox düşündürür ”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Gürcüstandan gələn maşınlara güzəşt ediləcək

Next Post

ANS bağlana bilər – Həyəcan təbili

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

ANS bağlana bilər - Həyəcan təbili

24 min sahibkarın vergi borcu silindi – Nazirlikdən qərar

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.