"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Onun ətrafında qızların olması məni narahat etmir”- Gülay

03 Sentyabr 2014 - 14:08
in ŞOU

Xanəndə Gülay Zeynallının “Qafqazinfo”ya müsahibəsi:78387 

– Yaradıcılığınızda  yeni mövsümdə hansı yeniliklər olacaq?

Bunu da oxuyun

Bülənt Ərsoya mərmər çanta bağışlandı – FOTO

Elton Con xəstəxanaya yerləşdirilib

Hadisə bu tarixdə Bakıya gəlir

– Yay bitdi, yeni mövsüm başlayır. Yeni mahnılar çoxdur. Tezliklə tamaşaçılara təqdim edəcəm. Mahnılardan birinə klip çəkdirmək istəyirəm. Albom üzərində işləyirəm. Bəzi müğənnilər albomdan heç bir gəlir əldə etmədikləri üçün albom buraxmırlar. Düzdür, hamı mahnıları internetdən götürür, gedib albom alan yoxdur. Mən elə düşünmürəm. İfaçıya albom lazımdır. Dostlara, hansısa  tədbirə, ölkəyə gedəndə albomu  təqdim edirsən.

– Konsert vermək haqqında düşünmürsünüz?

– Konsert verməyin vaxtı çatıb. Həyat yoldaşım da istəyir konsert verim. Deyir ki, artıq gecikirsən. Konsert vermək asan görünür, amma məsuliyyətli işdir. Maraqsız konsert vermək istəmirəm. Mahnı siyahısı hazırlanmalıdır, səhnənin dekorasiyası maraqlı olmalıdır, gözəl geyimlər seçilməlidir. Mən maraqlı, yadda qalan konsert vermək istəyirəm. Bunun üçün yavaş-yavaş hazırlıq görürəm. Lakin hələ vaxt təyin etməmişəm.

– İkinci dəfə ana olmaq istəyirsiniz?

– Hansı qadın ana olmaq istəməz? Təbii ki, ikinci övladımın olmağını istəyirəm. Lakin bunlar qismətə bağlıdır. İnşallah Allah bizə ikinci övladı qismət edər.  Sahiləyə bacı və ya qardaş lazımdır.

– İki tanınmış simanın evli olmağı çətin deyil?

– Çox xoşbəxt ailəm var. Bəzən deyirlər ki, iki məşhur simanın evli olması problem yaradır. Əsas insanların bir-birini başa düşməsidir. Təbii ki, hər bir ailədə çətinlik olur. Lakin biz hər şeyi danışaraq həll edirik. Evliliyin ilk illərində problemlərin olması normaldır. İllər ötdükcə insan bir-birini tanıdıqca hər şey öz yoluna düşür. İnsan ailəsinin möhkəm olması üçün çalışır, xırda məsələləri böyütmür.

– Aranızda qısqanclıq olur?

– Sevən insanlar arasında mütləq qısqanclıq olur. Biz də bir-birimizi qısqanırıq. Lakin bunun da bir həddi var. Bu qısqanclıq bizdə problem yaratmır. Bir-birimizə güvənirik. Mən Kamili bu işdə tanımışam. Ona görə ətrafında qızların olması məni narahat etmir.

– Geyim seçərkən nələrə diqqət edirsiniz?

– Geyimlərə çox pul xərcləyirəm. Çalışıram baxımlı qadınlar siyahısında olum. Əsas qadının çanta və ayaqqabısının bahalı olmasıdır. Mən də hər zaman brend  ayaqqabı və çanta alıram. Bu yay istirahətdə olarkən özümə gözəl səhnə geyimləri almışam.

– Həyat yoldaşınız geyiminizə qarışır?

– Lazım olanda məsləhətləşirəm. Mən açıq-saçıq geyinmirəm. Ona görə də Kamil mənim geyimlərimə qarışmır.

– Formada qalmaq üçün nələr edirsiniz?

– Kamil yeyib-içdiklərimə diqqət edir. Onun köməkliyi ilə bu gün formadayam. Dieta saxlayıram.

Könül

Şərh Yaz

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Gürcüstan Azərbaycanda axtarışda olan eks-məmuru həbsdən buraxdı

Next Post

“İsmayıllı işi”: polis rəisi məhkəməyə çağırılmadı

Bənzər yazılar

Bülənt Ərsoya mərmər çanta bağışlandı – FOTO

Bülənt Ərsoya mərmər çanta bağışlandı – FOTO

02 Oktyabr 2023 - 19:51

Türk klassik musiqisinin divası Bülənt Ərsoy dəbdəbəli səhnə geyimləri, zinət əşyaları və qeyri adi tərzi ilə tez-tez gündəmi zəbt edir....

Elton Con xəstəxanaya yerləşdirilib

Elton Con xəstəxanaya yerləşdirilib

28 Avqust 2023 - 16:44

Müğənni və bəstəkar Elton Con xəstəxanaya yerləşdirilib. Məlumata görə, müğənni dəniz kənarındakı evində yıxılaraq Monako xəstəxanasına yerləşdirilib. Elton Conun gecə...

Hadisə bu tarixdə Bakıya gəlir

Hadisə bu tarixdə Bakıya gəlir

20 Avqust 2023 - 17:51

Türkiyənin məşhur ulduzu, mahnıları ilə bir çoxlarının sevimlisi Hadisə 26 avqust tarixində Dalğa Fest - də səhnə alacaq. Elchi.az xəbər...

Britni Spirs və əri Sem Əsgəri boşanır

Britni Spirs və əri Sem Əsgəri boşanır

17 Avqust 2023 - 15:48

Dünyaca məşhur müğənni Britni Spirs və əri Sem Əsgəri boşanır. İddialara görə ayrılığa səbəb, müğənninin xəyanəti olub. Bildirilir ki, təxminən...

Next Post

"İsmayıllı işi": polis rəisi məhkəməyə çağırılmadı

Putin Sarkisyanı hədələdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.