Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) son illərdə neft istehlakının azalmasına səbəb olan COVİD-19 ilə mübarizənin yumşaldılması səbəbindən qlobal neft tələbində davamlı artım olacağını gözləyir.
Elchi.az bu barədə News.am-a istinadən xəbər verir.
OPEC-in aylıq hesabatında qlobal neft tələbinin gündəlik 2,25 milyon barel və ya təxminən 2,3 faiz artacağı bildirilir.
“Qlobal iqtisadi qeyri-müəyyənlik yüksək olsa da və mühüm iqtisadiyyatlarda artım riskləri əvvəlki kimi azalmağa meylli olsa da, cari və gələcək problemləri tarazlaşdıra biləcək müsbət amillər meydana çıxıb. Şərqi Avropada geosiyasi münaqişənin həlli və Çinin COVİD-19 ilə mübarizədə siyasətinin zəifləməsi müəyyən potensial artımı təmin edə bilər”,-deyə OPEC-in hesabatında bildirilib.
OPEC-in məlumatlarına görə, 2022-ci ildə Çinin tələbi gündəlik orta hesabla 14,79 milyon barel təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 180 min barel azdır.
Yeganə






